SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » ŞƏHİDİMİZƏ qarşı görünməmiş hörmətsizlik-FOTOLAR

ŞƏHİDİMİZƏ qarşı görünməmiş hörmətsizlik-FOTOLAR

Tarix:

23-06-2019, 17:08

/ 1 622 dəfə oxundu.
ŞƏHİDİMİZƏ qarşı görünməmiş hörmətsizlik-FOTOLAR

Şəki rayonun Kiçik Dəhnə kəndində insanlığa,mənəviyyata sığmayan olay baş verib.

Şəki rayonunun Kiçik Dəhnə kənd sakini Məmmədov Binyamın Nizami oğlu redaksiyamıza məktub göndərib.Müraciətdə bildirilir ki,o, 2000-ci ildə öz şəxsi vəsaiti hesabına Qarabağ uğurunda gedən döyüşlərdə şəhid olmuş qonşusu Cəlilov Rövşən Ələssan oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə 1 sot ərazidə abidə-bulaq kompleksi tikdirib.Bu zaman ətrafı abadlaşdırıb,ağaclar əkib işıq və su xətti çəkdirib.Onun bu addımı kənd sakinləri,yerli icra nümayəndəliyi və o zamankı bələdiyyə rəhbərliyi tərəfindən böyük rəğbətlə qarşılanıb.Daha sonra isə Şəhidin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq tikilən bu abidə kompleksi Şəki rayon icra hakimiyyəti tərəfindən müvafiq qaydada qeydiyyata götürlülb.

Amma,deyir sən saydığını say,gör pula görə “hər qarşı torpaq uğurunda az qala canı ilə mübarizə aparan” Kiçik Dəhnə kənd Bələdiyyəsinin sədri Əlivda Calalov nə sayır.Redaksiyamızın apardığı araşdırma nəticəsində məlum oldu ki,sən demə Bələdiyyə sədri Şəhid abidəsinin ərazisinə də göz tikib.Və “qəlbi Vətən eşqi ilə döyünən” Əlvida Calalov 2018-ci ildə xatirə kompleksinin yerləşdiyi ərazini ev tikmək üçün kənd sakininə satıb.Bəli,düz eşitdiniz! Şəhidin ruhuna hörmətsizlik edərək abidə tikilən yeri SATIB…!

Xatirə kompleksini tikdirən Binyamin Məmmədovun sözlərinə görə,mövcud biabrıçılıqla bağlı kənd bələdiyyəsinin sədrinə etdiyi müraciət cavabsız qalıb.O ümid edib ki,ən azından bələdiyyə ətrafı bərbad günə salınmış kompleksdə təmizlik və abadlıq işləri aparacaq.Onsuz da satılmış torpaqda inşa edilmiş evi sökmək mükün deyil.

Acınacaqlı və biabırçı durum təkcə bununla bitməyib.Belə ki,bu utancverici vəziyyətlə bağlı Binyamin Məmmədovun Şəki şəhər icra hakimiyyətinə,konkret desək,Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəfail Mənəfova etdiyi müraciət də elə söz olaraq qalıb.O,mövcud problemin həlli üçün addım atacağına söz versə də,”Azərbaycansayağı məmur davranışı”sərgiləyib.Necə deyərlər,hələ də bu kişidən xəbər yoxdur.

Çəkilən fotolardan aydın şəkildə görünür ki,şəhidin adını daşıyan xatirə kompleksinin ətrafına traktor təkəri,daşlar və tullantılar atılıb.Tikinti zamanı ağacların bir neçəsi kəsilib,kəsilməyən isə susuluqdan quruyur.Şəhidə hörmətsizlik bununla da bitməyib.Hələ bu azmış kimi kompleksə gələn işıq xətti və bulağın suyu kəsilib,həmçinin giriş qapısı qırılıb.Özü də bütün bunları Bələdiyyə sədri də, kənd İcra nümaəyəndəsi də çox gözəl bilir və hər gün görür.Bu zaman suallar yaranır:

-Həqiqətənmi,kəndin və rayonun cavabdeh məmurları atdıqları addımların məsuliyyətini dərk etmirlər?

-Həqiqətənmi,onlar bu qədər hissiyatsız,bu qədər biganədirlər?

-Onların bu addımlarını görən gənc nəsilin gələcəkdə Vətənini,xalqını,dövlətini sevəcəyinə kim zəmanət verə bilər? Sevəcəklərmi…? Əsla yox…!
Xatırladaq ki,Kiçik Dəhnə kəndindən olan şəhid Rövşən Cəlilov 1974-cü ildə kasıb kolxozçu ailəsində anadan olub.1993-cü ilin mart ayında Qarabağ uöurunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.Atası Ələssan kişi bir neçə il bundan əvvəl rəhmətə gedib.Anası Mərmər xanım isə oğlunun ölümündən sonra ciddi psixoloji sarsıntı nəticəsində sağalmaz xəstəliyə tutulub.Xalq arasında deyildiyi kimi “dəli olub”.Bir sözlə,o,canını Vətən yolunda qurban vermiş oğlunun ruhuna qarşı edilən vicdansızlıqdan xəbərsizdir.

Redaksiyamıza müraciət edən Binyamin Məmmədovun hazırda tək bir istəyi var.Yerli Bələdiyyə şəhidin ruhuna etdiyi hörmətsizliyin qarşılığında heç olmasa qalan ərazini tam şəkildə abadlaşdırsın.

Onu da qeyd edək ki,artıq bu utancverici hadisə ilə bağlı redaksiya olaraq Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubova rəsmi məktub göndərmişik.Biz həm Şəki şəhər icra hakimiyyətinin,həm də “qəhrəman”Bələdiyyə sədri Əlvida Calalovun rəsmi mövqelərini gözləyirik.
İnanırıq ki,builki Bələdiyyə seçkilərində Kiçik Dəhnə sakinləri milli hisslərini itirmiş Əlvida Calalova ƏLVİDA DEYƏCƏKLƏR…

Mövzuya qayıdacağıq…

Azbelediyye.az
ŞƏHİDİMİZƏ qarşı görünməmiş hörmətsizlik-FOTOLAR
ŞƏHİDİMİZƏ qarşı görünməmiş hörmətsizlik-FOTOLAR
ŞƏHİDİMİZƏ qarşı görünməmiş hörmətsizlik-FOTOLAR
ŞƏHİDİMİZƏ qarşı görünməmiş hörmətsizlik-FOTOLAR
ŞƏHİDİMİZƏ qarşı görünməmiş hörmətsizlik-FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ