SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəki Enerji Satışı İdarəsi 3-cü qrup əlili nə üçün işıqsız qoyub?

Şəki Enerji Satışı İdarəsi 3-cü qrup əlili nə üçün işıqsız qoyub?

Tarix:

19-06-2019, 15:41

/ 1 084 dəfə oxundu.
Şəki Enerji Satışı İdarəsi 3-cü qrup əlili nə üçün işıqsız qoyub?

Aktualinfo.org onlayn qəzet redaksiyasının elektron poçtuna çoxsaylı müracıətlər daxıl olur. Bu müracıətlərin əksəriyyəti dövlət orqanlarında çalışan məsul vəzifəli şəxslər tərəfindən yol verilən qanunsuzluqlar barədədir. Şəki rayonu Baş Göynük kənd sakini Əmirova Almas Hüseyn qızı Preziden İlham Əliyevə ünvanladığı müracıətin bir surətini də redaksiyamızın elektron poçtuna gönərib. Almas Əmirovada yüzlərlə şikayətçi kimi dövlət məmurlarının yol verdiyi qanunsuzluqlardan, vətəndaşın problemlərinə qarşı olan biganəliklərdən narazılığını bildirir. Onun da məktubunu olduğu kimi oxucularımızındiqqətinə çatdırırıq. Almas Əmirova yazır

Bildirmək istəyirəm ki, qardaşım Oruc bir neçə il əvvəl xəstəlikdən vəfat etdikdən sonra onun ailədə tək qalmış 3-cü qrup əlil olan oğlu Əmirov Sərvərin yaşayış şəraiti və dolanışığı ağırlaşmışdır. Belə ki, 29 yaşlı Sərvər atasını itirdikdən sonra kəndimizdə yaşadığı daxmasına imkanı olmadığına görə işıq və qaz xətti çəkdirə bilmir. Bunun üçün biz qohumların köməkliyi sayəsində dəfələrlə yerli orqanlara etdiyimiz xahiş və ərizələrin heç bir xeyri olmamışdır. 27 mart 2019-da Prezident İlham Əliyevə müraciət etdikdən sonra Şəki Qaz İstismar və Enerji Satış İdarələrindən evimizə gəlib bizi sorğu suala tutdular. Sağ olsunlar ki, Qaz İstismar İdarəsi kobud səhvini başa düşüb əlil Sərvərin evinə sayğac qoyub getdilər. Amma İşıq idarəsi hələ də iki ayağını bir başmağa dirəyib ki, gedin ASAN xidmətə müraciət edin Bizə də ASAN xidmətdə get 150 manat pul ödə ondan sonra elektrik sayğacı qoyula bilər deyirlər. Axı bu 3-cü qrup əlilə əvvəlcə pulsuz sayğac qoyulsun ki, təkrar alanda 150 manat ödəyək. Kim icazə vermişdi ki, əlilə nəzərdə tutulan elektrik sayğacını satıb yesinlər. İndi də bizi məcbur edirlər ki, öz hesabımıza sayğac alaq. Bir sözlə, Şəki Enerji Satışı İdarəsinin dini-imanı yoxdur. onlar yalnız pula sitayiş edirlər. Bu adamlar o dərəcədə deqredasiya olunublar ki, hansı yuxarı orqanlara müraciət etməyimizin də fərqində deyillər. Sanki özlərini taksi sürücüləri kimi aparırlar. sanki vəzifəni bazardan pullarıilə alıb indi də qazanmaq üçün insanlarala necə gəldi rəftar edirlər. Hesab edirəm ki. bu insanlığa sığan bir məslə deyil. Azərbaycan ərazisində bunları bir başa salan tapılmalıdır ki, ay rəis bəsdir özbaşnalıq etdin. İndi də bir az qanunlara riayət edin.

Bir sözlə, Şəki Enerji Satışı İdarəsi İşçilərinin danışdıqları uydurmadır, bəhanədir. Sadəcə Sərvərin bir abonent kimi adına gəlmiş pulsuz elektrik və qaz sayğacını başqasına satıb qazanıblar. Vəssəlam. Mən belə yaramaz bəhanələri qəbul etmirəm. Son sözləri də bu oldu ki, Bakıdan “Azərişıq” və Energetika Nazirliyi bizə icazə versə gətirib sayğacları qoya bilərik.Budur, indiyə qədər nə Energetika nazirliyi, nə də Azərişıq bu tiplərə icazə verməyib ki, gedin 3-cü qrupun əlilinə göndərdiyimiz sayğacı necə satıbsınızsa, eləcə də cibinizin pulu ilə ASAN xidmətə ödəniş edib tifilin sayğacını quraşdırın.

İndi bütün bu süründürməçilkdən belə bir nəticə çıxarıram ki, Energetika nazirliyi, Azərişıq və rayon RESİ rəhbərliyinin vecinə də deyil ki, əlil vətəndaş 4 ildir ki, qazsız, işıqsız, bir sözlə, mağara həyatı yaşayır. Ona görə də sizdən xahiş edirəm ki müracıətimizi geniş ictimaiyyətin diqqətinə çatdırın. Qoy bütün Azərbaycan bilsin ki, Şəkidə 3-cü qrup əlilin evinə sayğac qoymurlar. Cənab Prezidentdən xahiş edirəm ki, yalnız Sizin birbaşa müdaxiləniz olmasa tənha və xəstə qardaş oğlum olan Sərvər Əmirova məsuliyyətsiz işıq məmurları qanunları icra edib sayğac qoymayacaqlar.Ona görə bir vətəndaş olaraq işıq sayğaclarının qoyulması üçün aidiyyatı üzrə tapşırıqlar verəsiniz ki, məsələ tezliklə həllini tapsın.

Aktualinfo.org

Şərhlər

XƏBƏR LENTİ