"Qubanın İcra başçısı Ukranyadakı zavodunda biznesmen kimi gəzir"
Müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənlinin Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Ukraynada dəyəri 10 milyon dollar olan zavodda gəzərək sahibi olduğu zavodun işlərini araşdırdığını göstərən videonu və jurnalistin zavod və onun sahibləri haqqüında əldə etdiyi sənədlərin fotosurətini təqdim edir.
Cavanşir bəy öz statusunda yazır:
"Bir müddət əvvəl Qubanın icra başçısı Ziyəddin Əliyevin korrupsiya əməllərini ifşa edən sənədlər təqdim etmişdim. Çexiyada, Avstriyada şirkətlərdən, Ukraynada 10 milyon dollara aldığı zavoddan bəhs etmişdim. Adam yenə işinin başındadır, talamağındadır.
Olsun, biz də onu ifşa etməkdə davam edək. Təqdim etdiyim bu videoda təkcə icra başçısının zavodunu yox, elə zavodun həyətində harın-harın gəzən özünü də görəcəksiniz. Görəcəksiniz ki, büdcədən oğurladıqları milyonları xaricə çıxaran Ziyəddin müəllim özünü ukraynalılara necə biznesmen kimi sırıyır."
Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...