Ağsuda şəhid adına sayğısızlıq... - Prezidentə müraciət olundu
Ağsu rayon şəhid Güləhməd Kərimov adına Gursulu kənd tam orta məktəbi qəzalı vəziyyətdədir. Bu haqda məlumatı Yeniavaz.com - a açıqlamasında həmin məktəbin məzunu və hazırda da övladı həmin məktəbdə təhsil alan Güvənc Mirzəxanov bildirib.
Onun sözlərinə görə, məktəb hər an uça bilər: "Belə məktəbdə heyf ki, birinci məsələ olaraq təhsil deyil də şagirdlərin həyatı ön plandadır. Çünki bu məktəb hər an uça, dağıla bilər. Burada təhsil alan bizim övladlarımızdır, bizim gələcəyimizdir. Niyə axı göz görə görə onları ölümlə üz üzə qoyuruq. İstər divarları olsun, istər döşəmələri, məktəb pis vəziyyətdədir. Yayda döşəmədən ilanlar çıxır, qışda isə hər tərəfdən su tökülür və otaqlar çox soyuq olur. Mənim bir valideyn kimi bu məktəbin təlim-tədrisindən şikayətim yoxdur. Əgər narazı qalsaydım şəhər məktəblərinin birində oxudardım. Buna imkanım da çatır. Mənim davam bu məktəbin belə xaraba formasında olmasıdır. Mən, qardaşım və daha 6 nəfər ali məktəblərə burdan aldığımız keyfiyyətli təhsilin təməli əsasında qəbul olduq. Ancaq məktəbin hazırkı vəziyyəti göz qabağındadır".
O həmçinin prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna müraciət edərək onlardan məsələ ilə bağlı kömək istəyib.






Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...