Azərbaycanda "Qaloş piri" rəzaləti - Hara gedirik?
Son iki gündə mətbuat və sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də heç şübhəsiz "Qaloş piri" ilə bağlı yayılan videogörüntülərdir.
Musavat.com xəbər verir ki, sözügedən görüntülərdə qadınlı-kişili, çoxlu sayda insanın "Qaloş piri”nə yığışdığı, bir nəfərin isə şəfa tapmaq istəyən bu insanların başına qaloş sürtdüyü əks olunub.
İlkin versiyalardan biri bu videonun Goranboy rayonu Qurbanzadə kəndində çəkilməsi ilə bağlıdır. Əslən o rayondan olan sosial şəbəkə istifadəçilərinin yazdığına görə, insanlar 30 il əvvəl, iyunun 7-də vəfat etmiş yerli seyid Miribiş ağanın evinə yığışıb. Hər il ölümünün ildönümündə bu evə yığışıb, mədət uman yerli sakinlər onun qaloşunu başlarına sürtürlər.
Bu video cəmiyyət ziyalıları, jurnalistlər, siyasətçilər tərəfindən qınaq və istehza ilə qarşılanıb. 21-ci əsrdə insanların bu hərəkəti cahillik və primitiv düşüncənin təzahürü kimi qiymətləndirilib.
Mövzunu davam etdirəcəyik.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...