Azərbaycanda sağlam məktəb direktoru 8 xəstəlikdən əlillik dərəcəsi aldı
Azərbaycanda məktəb direktoru bülletene çıxmadan 8 xəstəlik üzrə əlillik dərəcəsi alıb.
Bu barədə Unikal.org-a müraciət edən Lerik rayonunun M.Qafarov adına Siyov kənd məktəbinin ibtidai sinif müəllimi Zeynalov Əhliman Əlimusa oğlu məlumat verib.
O, bildirib ki, sözügedən məktəbin direktoru Əmirov İlham Əvəz oğlu heç bir xəstəliyi olmadan əlil kimi pensiya alır:
"Lerik rayonun M.Qafarov adına Siyov kənd tam orta məktəbində müəllim işləyirəm. Bildirmək istəyirəm ki, kollektiv müəllim və texniki heyətimiz 22 aprel 2019-cu il tarixində bilmişik ki, məktəbimizin direktoru Əmirov İlham Əvəz oğlu 2-ci qrup əlil kimi 12.02.2018-ci il tarixindən pensiya alır. Onun haçansa xəstələnməsi haqqında heç kimin xəbərim yoxdur. Əgər o xəstələnsəydi xəstəxana ona bülleten verərdi və həmin bülleten məktəbin yerli həmkarlar təşkilatının iclaslarında müzakirə olunmalı idi. Bunların heç biri olmayıb. Mən bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xəttinə zəng etmişəm, Təhsil Nazirliyinə müraciət etmişəm. Amma buna baxmayaraq direktorla bağlı heç bir qanuni tədbir görülmür, dövlət qurumları bu saxtakarlığı araşdırmaq istəmir".



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək