Sabirabadın yeni başçısı kəşfiyyata çıxıb... - Saatlıdan qalmaqalla ayrılmışdı...
Keçən həftə Saatlı rayon icra hakimiyyətinin başçısı postundan Sabirabad RİH rəhbərliyinə transfer olunan Siraqəddin Cabbarov yeni vəzifəsində ilk mübarək addımlarını atmaqdadır. Hər halda, DİA.AZ-a daxil olan informasiyalardan belə anlaşılır.
Belə ki, redaksiyamızı bilgiləndirən mötəbər mənbənin iddialarına görə, Saatlıda son iş günlərini qalmaqalla başa vuran Siraqəddin Cabbarov Sabirabadda ilk iş gününü "ərazini öyrənməyə" sərf edib.
Mənbənin söylədikləri: "Başçı bir neçə yaxın adamını özü ilə Saatlıdan gətirib. Onlara daveriulən əsas tapşırıq rayondakı obyektlərin siyahıya alınmasından ibarətdir. Hətta bu işdə regional vergi idarəsininxidmətlərinə də tam etibar etməyib. Çünki elə obyektlər var ki, hələ də vergi uçotunda deyil. Amma təzə başçının hesab kitabında mütləq olmalıdır".
Mənbə iddia edir ki, gəldiyi gündən bu yana Siraqəddin Cabbarov yerli idarə müdirlərindən heç birini qəbul etməyib.
Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək