Alı Alıyev geniş hesabat iclası keçirib - Foto
Füzuli rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın rayonun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirilib.
İclasda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Prezident Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin məsul işçisi Əflatun Rufiyev, Şura üzvləri, idarə, müəssisə, təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, sahibkarlar, ictimaiyyət nümayəndələri iştirak edib.
Alı Alıyev “Füzuli rayonunun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə çıxış edib. O, 2019-cu ilin Füzuli rayonunda uğurlu göstəricilərlə yadda qaldığını vurğulayıb.
Alı Alıyev rayonun 2019-cu ilin ilk 3 ayının sosial-iqtisadi göstəriciləri barədə geniş məlumat verib, kənd təsərrüfatı, sənaye, tikinti, quruculuq, rabitə və digər sahələrdə əldə olunan nailiyyətlərdən, mövcud nöqsan və çatışmazlıqlardan bəhs edib, aidiyyəti xidmət təşkilatlarına yol verdikləri nöqsanlardan nəticə çıxarmalarını tələb edib.
Hesabat yığıncağında Əflatun Rufiyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında son 15 ildə, o cümlədən 2019-cu ilin birinci rübündə Respublikamızda sosial-iqtisadi və digər sahələrdə qazanılmış uğurlardan bəhs edib.
İclasda xidmət təşkilatlarının 2019-cu ilin birinci rübündəki fəaliyyətlərinə dair hesabatları dinlənilib, rəy və təkliflər irəli sürülüb.
Alı Alıyev sonda füzulili məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan naliyyətlərdən danışıb, uğurlarla yanaşı problemləri də qeyd edib, 2019-cu il ərzində qarşıda duran vəzifələr müəyyənləşdirilib.![]()
![]()
![]()
![]()

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək