Azərbaycan və Türkiyənin bayrağını ayaq altına salan cəlilabadlı məmur-FOTO
Rusiya Dövlət Duması dövlət qulluqçularına sosial şəbəkəyə girişi qadağan edə bilər.
Hazırda bu barədə qanun layihəsi hazırlanır. Bu barədə Parlamentin Aşağı Palatasının Məlumat siyasəti komitəsinin sədr müavini Vadim Dengin məlumat verib.
Məlumatda bildirilir ki, dövlət qulluqçularına iş kompüterindən sosial şəbəkələrə girişin qadağan olunmasına səbəb onların boş yerə vaxt sərf etmələridir:
"Hər kəs öz vəzifəsini və məsuliyyətini bilməlidir. Dövlət qulluqçuları vaxtlarını boş yerə sərf etməməlidirlər. Əlbəttə ki, bu, sosial şəbəkə vasitəsilə əhali ilə ünsiyyət quran məmurların ünsiyyətinə əngəl yaratmamalıdır", - deyə Dengin bildirib.
Yaqin ki, belə bir qanun layihəsi Azərbaycanda da lazım olacaq. Düzdür, bizdə məmurlar sosial şəbəkələrə o qədər çox aludə deyillər. Amma istifadə edənləri də çox vaxt adi qaydaları unudurlar.
Mozalan.az xəbər verir ki, Cəlilabaddan olan kiçik məmurlardan biri ciddi səhvə yol verib. Söhbət Cəlilabad Mənzil İstismar Sahəsinin müdiri Füzuli Əliyevdən gedir. Bu adam "facebook" sosial şəbəkəsində profilinə qoyduğu şəkil ciddi etiraz doğurub. Azərbaycan və Türkiyə bayraqlarını ayaqları altda təsvir edən şəkil. Bununla nə demək istədiyi, kimə mesaj verdiyi anlaşılmayıb. Ancaq Cəlilabad icra hakimiyyətindəki düşünən başlar başçıya məruzə edib ki, prezidentin öpdüyü bayrağı ayaq alta sərmək tərbiyəsizlikdi. Bu kiçik məmuru icraya cağırıb xeyli danlayıblar. Fevralın 18-i qoyulan şəkil 21-i silinib.
Bizi maraqlandıran "jek" müdürünün kimə mesaj ünvanlamasıdır.
Mozalan.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...