Füzuli rayonunda 10 000000 -cu vətəndaşın dünyaya gəlməsi münasibəti ilə tədbir keçirilib
- 8-04-2019, 13:39
- 1 456
Azərbaycanın 10 milyonluq ölkələr sırasına daxil olmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan çıxışçı bu hadisənin eyni zamanda tarixən xalqımıza qarşı soyqırımlar törətməyə çalışan düşmənlərimizə tutarlı bir mesaj olduğunu diqqətə çatdırdı.
Daha sonra rayon mədəniyyət şöbəsinin nümayəndələri maraqlı musiqi nömrələri ilə çıxış ediblər.
Füzuli Dram teatırının aktyorlarının ifasında “ Qız atası” adlı qısa yumoristik tamaşa nümayiş etdirilib.
Rayon məktəblilərinin söylədikləri şeir və rayon körpələr evi-uşaq bağçalarının təqdim etdikləri rəqs nümunələri böyük maraqla qarşılanıb.
Sonda möhtəşəm atəşfəşanlıq təşkil olunmuşdur.