Füzuli rayonunda 10 000000 -cu vətəndaşın dünyaya gəlməsi münasibəti ilə tədbir keçirilib
Azərbaycanın 10 000 000-cu vətəndaşının dünyaya gəlməsi münasibətilə Füzuli rayonunda “Biz 10 milyon olduq” adlı bayram tədbiri keçirilib. Tədbirdə RİH əməkdaşları, idarə, müəsissə təşkilat rəhbərləri, ictimayyət nümayəndələri iştirak etdilər. Tədbir başlamazdan öncə rayon məktəblilərinin hazırladığı flashmob nümayiş etdirildi. Tədbirdə çıxış edən RİHB-nin müavini Gülbahar Eyvazova ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla bütün xalqımızı bu əlamətdar gün münasibəti ilə təbrik edib.
Azərbaycanın 10 milyonluq ölkələr sırasına daxil olmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan çıxışçı bu hadisənin eyni zamanda tarixən xalqımıza qarşı soyqırımlar törətməyə çalışan düşmənlərimizə tutarlı bir mesaj olduğunu diqqətə çatdırdı.
Daha sonra rayon mədəniyyət şöbəsinin nümayəndələri maraqlı musiqi nömrələri ilə çıxış ediblər.
Füzuli Dram teatırının aktyorlarının ifasında “ Qız atası” adlı qısa yumoristik tamaşa nümayiş etdirilib.
Rayon məktəblilərinin söylədikləri şeir və rayon körpələr evi-uşaq bağçalarının təqdim etdikləri rəqs nümunələri böyük maraqla qarşılanıb.
Sonda möhtəşəm atəşfəşanlıq təşkil olunmuşdur.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...