SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cavid Qurbanov iki nəfəri öldürən təhsil şefinə "day-dayılıq" edir - Məktub...

Cavid Qurbanov iki nəfəri öldürən təhsil şefinə "day-dayılıq" edir - Məktub...

Tarix:

8-04-2019, 09:34

/ 1 290 dəfə oxundu.
Cavid Qurbanov iki nəfəri öldürən təhsil şefinə "day-dayılıq" edir - Məktub...

Goranboyın Qızılhacılı qəsəbə sakini, məmur özbaşınalığının qurbanı olmuş Eminov Neman Bayram oğlu intihar həddinə çatdığını bildirir.

Cahan.info-ya bir surətini göndərdiyi məktubda N.Eminov dövlət başçısına müraciət edib. Onun sözlərinə görə, prezident dəfələrlə vəzifəli şəxslərə, dövlət məmurlarına tapşırıqlar verib:

"Bildirirsiniz ki, vətəndaşları incitməyin, obyektivliyi, ədalətliliyi bərpa edin, şəffaflığı təmin edin, vəzifənizdən sui-istifadə etməyin, vətəndaşları incitməyin, vətəndaşlara yuxarıdan aşağı baxmayın.

Çox təəssüf ki, yerlərdə yuxarıda qeyd etdiklərimə riayət edən məmurlar çox azdır. Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Səxavət Məmmədov yuxarıda qeyd etdiklərimin, Sizin verdiyiniz tapşırıqların tam əksinə gedir.

Elə bir vəziyyət yaradıb ki, intihar etmək yaxud Azərbaycanı tərk etməyi qərarlaşdırmışam. Goranboy təhsili, tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri hərraca qoyulub. Goranboy təhsili bərbad gündədir.

Rayonun Təhsil Şöbəsi, tabeliyində olan ümumtəhsil məktəbləri, xüsusi ilə Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbi demək olar dağılıb.
Bu məktəbdə ancaq biznes, bazar siyasəti həyata keçirilir, təlimdən, tərbiyədən, nizam - intizamdan danışmaq qeyri-mümkündür".

Şikayətçi yazıb ki, Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Səxavət Məmmədov arxayındır: "Bilir ki, gəlib yoxlayan, araşdıran yoxdur. Buna görə öz bildiyi kimi təhsil şöbəsini idarə edir.

Həmçinin, Səxavət Məmmədov bildirir ki, "Dəmir Yolları“ QSC sədri, millət vəkili cənab Cavid Qurbanov mənim arxamda durub, "day-dayılıq" edir.

Məni qəbul edən yoxdur. Əgər məni qəbul edən olsa, Səxavət Məmmədovun başıma açdığı oyunları, Goranboy rayon təhsilində, tabeliyində olan ümumtəhsil məktəblərində, xüsusi ilə Goranboy rayonu Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbində baş verənləri olduğu kimi, sübutlarla nəzərinizə çatdıraram, acınacaqlı faktların şahidi olarsınız.

Cənab Prezident, Siz bildirirsiniz ki, hər bir Azərbaycan vətəndaşının prezidentiyəm. Sizə və hörmətli Mehriban xanıma ümidlənirəm. Sizdən xahiş edirəm nəzarətə götürəsiniz və mənə köməklik göstərəsiniz".

Cahan.info xəbər verir ki, N.Eminov vakan verilmədən müəllim işə qəbul olunduğunu, direktorluq vəzifəsinə müsabiqə keçirilmədiyini yazıb.

O, kitabxanaçını psixoloq postunda saxlandığını, dərsdən yayınan şagirdlərin qiymətləndirildiyini bildirib: "Goranboyun Qizilhacili qəsəbə 1 saylı tam orta məktəbində nizam-intizam, idarəçilik zəifdir.

Direktor sıxışdırır ki, valideyn pul gətirsin. Valideynlərdə pul var? Övladlarının hazırlıq pullarını güclə verirlər.

Məktəbdə informatika fənnini müəllimlər tədris etmirlər. Bu fənnin siniflərdə tədrisi vəziyyəti yoxlanılsa, informatika fənninin tədrisi "0" vəziyyətində olduğu aşkarlanar.

Nə səbəbə məktəbdə informatika fənn olimpiadasına müəllim hazırlayıb şagird göndərmir? Yoxlayan, araşdıran, tələb edən yoxdur.

Məktəbdə ingilis dili fənni tədris olunmur, ixtisası ingilis dili olana direktor Qabil Həsənov musiqi fənninə aid bədii özfəaliyyət dərnəyi yaradaraq ixtisasi ingilis dili olan müəlliməsinə dərnək rəhbərliyi və 10-cu sinifdə sinif rəhbərliyi vəzifəsi verib. Bu qanunidirmi?

Rayonun Səfikürd kəndindəki ümumtəhsil və digər kəndlərindəki məktəblərinə qanunsuz yollarla müəllim vəzifəsinə Səxavət Məmmədov işə qəbullar həyata keçirib.

Təhsil nazirinin müavini, xanım Məhəbbət Vəliyevanın müsahibəsindən keçməyən, sənədləri qəbul edilməyənlər bu gün Goranboyun ümumtəhsil məktəblərində direktor vəzifəsində saxlanır".

Mətbuatda gedən yazılarda bildirilir ki, Goranboy rayon təhsil şöbəsinin müdiri Səxavət Məmmədov Gürcüstanda təhsil alıb.

Onun diplomunun saxta olmasına dair ciddi iddialar var. Gürcüstanda təhsil gürcü və ingilis dillərində aparılır. Bu adam da nə ingilis dilini bilir, nə də gürcü dilini.

Səxavət Məmmədovun Gürcüstanda necə təhsil alması Azərbaycan dövləti tərəfindən araşdırılmalıdır. Müəllim işləməzdən öncə taksi sürücüsü olub. Qəza törədib və iki nəfərin həyatına son qoyub.

Qaradağ rayonunda işləyəndə polis mayorunun həyatına son qoymuşdu. Sonra Goranboyda taksi fəaliyyətilə məşğul oldu. Gedib Gürcüstanda təhsil alıb gəldi, məktəbdə işə düzəldi. Direktor müavini və direktor oldu.

Ardınca təhsil şöbəsinə müdir təyin edildi. Qaradağda mişar daşı karyerinin müdiri dayısıdır. Qaradağda qəza törədəndən sonra dayısı onu Bakıya qoymur.

2014-cü ildə məktəb direktoru vəzifəsindən uzaqlaşdırılan şəxsləri pul alıb yenidən direktor təyin edir.

Xatırladaq ki, Goranboy Rayon Təhsil Şöbəsinin adı zaman-zaman qalmaqallı olaylarda hallanıb.

Belə ki, 2009-cu ildə Baş Prokurorluq Goranboy Rayon Təhsil Şöbəsi (RTŞ) və orta məktəblərin vəzifəli şəxslərinin korrupsiya cinayəti ilə bağlı rəsmi məlumat yayıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ