Başçı Ağsunu niyə bayraqsız qoydu? - Foto
Ağsu rayonunda Bayraq meydanı artıq neçə aydır ki, bayraqsız qalıb.
Bu barədə Axar.az-a jurnalist Yusif Osmanlı məlumat verib. O bildirib ki, artıq neçə aydır məlum olmayan səbəblərdən bayrağımız oradan götürülsə də, yerinə asılmayıb.
Ağsu Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Vüqar Atakişiyev Axar.az-a açıqlamasında bildirib ki, bayraq küləyin təsirindən cırıldığı üçün çıxarılıb. Başçının köpməkçisi əlavə edib ki, bayraq yaxın günlərdə yerinə asılacaq:
“Narahatlığı anlayırıq. Ancaq bayraq səbəbsiz yerə çıxarılmayıb. Hazırda başımız zəlzələdən sonrakı işlərə qarışıb. Şəhərdə müəyyən işlər aparılır. Ancaq sakinləri də, sizi də əmin edirəm ki, tezliklə yeni bayraq yerinə asılacaq”.
Qeyd edək ki, bu hadisə ilə bağlı bir müddət əvvəl də DİA.AZ-da xəbər yayınlanmışdı. Bütün bunları diqqətəçatdıran Ağsu sakinlərindən biri dia.az-a yazır:
"Ənvər müəllimin Azərbaycan sevgisi olsaydı, bayraq məsələsində yox, camaata münasibətində görərdik. Qardaş, bu adam bizi, bizim milləti sevmir də... zor deyil ki?.. Onun bacoğlusu (Səlim Müslümov nəzərdə tutulur -red.) nazir olanda da belə idi, hər zaman da belə olub. Bayraq məsələsində Ənvər müəllimi qınamayın. Saytlar yazmasa, bir il kiminsə yadına düşməz..."


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...