XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Əhməd Muxtarov Hacıqabulu talayır - İDDİA

Əhməd Muxtarov Hacıqabulu talayır - İDDİA

Əhməd Muxtarov Hacıqabulu talayır - İDDİA
18-01-2017, 12:25

Redaksiyamıza daxil olan məlumatlarda Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun yarıtmaz fəaliyyətindən çoxsaylı şikayətlər əks olunur. Toxunulmaz icra başçılarından biri kimi tanınan Hacıqabul rayonunun rəhbəri öz himayədarlarına güvəndiyindən bu gün hətta yuxarı instansiyaların göstərişlərini belə qulaqardına vurur. Daxil olan məlumatlarda həmçinin vurğulanır ki, RİH-də qəbul günləri şikayətçilər problemlə üzləşirlər. Belə ki, onlara icra başçısının qəbuluna düşmək imkanı yaradılmır. Sakinlərin bildirdiyinə görə, Əhməd Muxtarov tərəfindən belə bir addımın atılmasının dəqiq səbəbi də məlum deyil. Sadəcə belə bir təlimatın icra başçısı tərəfindən verildiyi deyilir. Qeyd edək ki, bir çox digər rayonlardan fərqli olaraq yetərli qədər sosial və iqtisadi problemləri olan Hacıqabulda həmişə şikayətçilərin sayı çox olub. Şikayətlərə səbəb olan məqamlar isə rayonda kifayət qədərdir.

Son vaxtlar ölkə mətbuatında Hacıqabul rayonu ilə bağlı tənqidi materialların dərci daha da intensivləşib. Nəzərə alsaq ki, bu materialların böyük əksəriyyəti həm kütləvi informasiya vasitələrinə, həm də digər instansiyalara əsasən yerli mənbələr tərəfindən təqdim olunan məlumatlar əsasında hazırlanıb, o zaman rayonda vəziyyətin nə dərəcədə kritik hala çatması barədə təxmini təsəvvür almaq olar. İlk növbədə xüsusi olaraq qeyd olunmalıdır ki, bu gün hacıqabullıları ən çox narahat edən məqamlardan biri də rayonda rüşvətxorluq və korrupsiya hallarının artmasıdır. Daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, rayon ictimaiyyətinin böyük əksəriyyəti bu kimi halların başında məhz Hacıqabul RİH-nin başçısı Əhməd Muxtarovun durması fikrində yekdildir. Yerli sakinlərdə ən çox narazılıq doğuran məqamlardan biri də rayonun bərbad durumda olan yolları ilə bağlıdır. Ötən materiallarda biz artıq Hacıqabul rayonundan redaksiyamıza daxil olan məlumatlara istinadən qeyd etmişdik ki, Əhməd Muxtarov rayon yollarının təmirini özünə yaxın bir şirkətə həvalə edib. Nəticədə isə dövlətdən ayrılan yüz minlərlə manat vəsait mənimsənilib. Bildirilir ki, rayonun bəzi yollarının təmiri üçün “Muğan-1” adlı müəssisənin hesabına 500 min manat vəsait köçürülüb. İcra başçısının köməkliyi ilə tenderi udan “Muğan-1” MMC çəkdiyi yollarda ciddi şəkildə yeyintiyə yol verib. Təsəvvür edin ki, asfaltın qalınlığı layihədə 10 sm göstərilsə də, Əhməd Muxtarovun nəzarətindəki firma bu qalınlığı 4-5 sm-ə qədər ixtisar edib. Bu da yeni cəkilən yolun davamlılığını yariya qədər azaldır. Başqa bir məlumatda isə bildirilir ki, Əhməd Muxtarov Hacıqabul şəhərinin abadlaşdırılması işlərini “İnşaatçı-S” MMC yə həvalə edib. Adı çəkilən şirkətə abadlıq işləri üçün iki dəfə üst-üstə 2,3 milyon manat vəsait ayrılıb. Məlumatlı şəxs “İnşaatçı-S” şirkətinin gördüyü işlər müqabilində Əhməd Muxtarova ayrılan vəsaitin 15 faizinin verildiyini bildirir. Məlumatlarda Əhməd Muxtarovun abadlıq və yol təmiri maxinasiyalarından başqa həm də rayonun bir çox münbit ərazilərində özü və yaxın adamları üçün heyvandarlıq təsərüfatları və əkinçilik sahələri yaratdığı da vurğulanır. Rayonun Padar-Muğan-Qarasu ərazisində 5 min hektara yaxın yararlı dövlət torpaqları məhz başçının və ona yaxın şəxslərin nəzarətində olduğu, onlar tərəfindən istifadə olunduğu bildirilir.Mənbə onu da bildirir ki, son illər rayon mərkəzində və Hacıqabul-Horadiz yolunun üstündə çoxlu sayda ticarət, istirahət obyektləri tikilərək istifadəyə verilib. Ən maraqlısı isə budur ki, mənbələr icra başçısı tərəfindən həmin obyektlərin tikilməsi üçün verilən icazə sənədlərinə görə sahibkarlardan xeyli miqdarada rüşvət alındığını iddia edirlər...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.