Rövşən Bağırov yaxasını belə kənara çəkdi... - Adı müəmmalı yanğında hallandırılmasın deyə...
Redaksiyamıza daxil olan məlumatda, bu ilin mart ayının əvvəllərində Lerik rayonunda baş vermiş müəmmalı yanğın hadisəsinin təfərrüatlarına aydınlıq gətirilir. Belə ki, rayon sakini Nəzərov Zaur Azad oğlunun evini Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun katibəsi işləyən Əsədullayeva Günay İlham qızı tərəfindən od vurularaq yandırıldığını iddia edən məlumatlı mənbə əlavə edir ki, rayon Polis Şöbəsində özgənin əmlakına külli miqdarda ziyan vurulma maddəsi ilə cinayət işi başlanılması səbəbindən icra başçısı da təlaşa düşüb.
Məlumatı verən mənbəyə görə, Rövşən Bağırov bu qalmaqallı olaydan kənarda qala bilməsi üçün özünəməxsus formadatədbirə əl atıb. Kəsəsi, adı bu müəmmalı yanğın olayında hallandırılan katibəsini işdən uzaqlaşdırıb.
Amma o da söylənilir ki, əslində icra başçısına güvənilərək belə bir olayın baş verməsi ehtimalı da müvafiq qurumlar təırəfindən araşdırıla bilər ki, bu da daha da böyük ajitoja səbəb olacaq. Mənbə iddia edir ki, baş vermiş yanğın işiədalətli şəkildə araşdırlarsa, bəri başdan tədarük görən Rövşən Bağırov da hədəfə çevrilə bilər...
Yazıda adları çəkilən şəxslərin mövqelərini dinləməyə hazırıq.
Qanun-namine.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...