Sabirabadın Həşimxanlı kəndində imkanlı şəxslərin kasıba hücumu
Bu barədə Sabirabad rayon Həşimxanlı kənd sakini Qafarov İlham məlumat verib. Onun sözlərinə görə Kənd bələdiyyə sədri Fikrət Əmrahov və İcra nümayyəndəsi Hüseyinov İntizam onlara kənd ərazisində əkin əkilməsinə icazə vermir. Vətəndaş iddia edir ki, kəntdə olan imkanlı şəxslər Bələdiyyə sədri ilə və icra nümayyəndəsi ilə əlbir olaraq İ.Qafarova məxsus əkin sahəsini traktorlarla dağıdırlar.
Bundan əlavə İlham Qafarovun sözlərinə əsasən 30-40 sot əkin sahəsindən əldə olunan gəlirlə 9 nəfər ailə yaşayır. Hətda onlardan 3 nəfəri xəstədir. Vətəndaş qeyd edir ki, anası asma, atası şəkər və özü hepatit B xəstəsidir. 9 nəfər ailə üzvündən isə yalnız İ.Qafarovun atası təqaüd alır.
Adıgedən məsələ ilə bağlı mövzuya yenidən qayıdacağıq.
Redaksiyadan: Yazıda adı çəkilən qurumların və ya şəxslərin də mövqelərini dərc etməyə hazırıq.
XİA.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...