Polislər yaşatmaq üçün qan verdilər
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya instititunun əməkdaşlarının iştirakı ilə Qax Rayon Mərkəzi Xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirilib.
“Qan ver, yaşat!” devizi ilə gerçəkləşən humanist aksiyada Qax Rayon Polis Şöbəsinin şəxsi heyəti fəal iştirak edib. Onlar bu kimi xeyriyyəçilik tədbirlərinin keçirilməsini təqdirəlayiq hesab etməklə xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadıqlarını nümayiş etdiriblər. Bu aksiyaya qoşulmağı səhhəti imkan verən hər bir insanın vətəndaşlıq borcu olduğunu bildiriblər.
Polis əməkdaşları əvvəlcə tibbi müayinədən keçiriliblər, sonra isə qan vermək üçün masalara yaxınlaşıblar.
Qeyd edək ki, yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək