SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Samux sakini Preizdentə və Vitse Prezidentə müraciət edtdi - Sizdən kömək gözləyirəm + VİDEO

Samux sakini Preizdentə və Vitse Prezidentə müraciət edtdi - Sizdən kömək gözləyirəm + VİDEO

Tarix:

6-03-2019, 16:24

/ 1 516 dəfə oxundu.
Samux sakini Preizdentə və Vitse Prezidentə müraciət edtdi - Sizdən kömək gözləyirəm + VİDEO

Samux rayon Yenikənd kənd sakini Şirəliyeva İradə Prezident cənab İlham Əliyevə, Vitse Prezident Mehriban xanım Əliyevaya və Ədliyyə Naziri cənab Fikrət Məmmədova müraciət edib.

İradə Şirəliyeva qeyd edib ki, onun Şəmkir rayon ərazisində 19.5 hejktar torpaq sahəsi var. O, kənd bələdiyyəsi ilə 2003-cü ildə müqavilə bağlayaraq 50 il müddətində həmin ərazini icarəyə götürüb. Məqsəd isə əkinçiliklə məşğul olmaq olub. Buna baxmayaraq həmin ildən icarəyə götürdüyü ərazidə əkin işləri ilə məşğul ola bilmirlər. Səbəb isə həmin ərazinin digər şəxslər tərəfindən zəbt olunmasıdır.

İradə Şırəliyeva bu məsələ ilə bağlı Şəmkir rayon məhkəməsində ərazinin boşaldılması ilə bağlı iddia qaldırıb və İyul 2018-c- il tarixdə həmin iddia təmin olunması ilə bağlı məkəmə qətnamə çıxarıb. Həmin vaxtdan bu güədək məhkəmə qətnaməsi icra olunmayıb.

Üstündən 8 ay keçməsinə baxmayaraq Şəmkir rayon məhkəmə icraçıları məhkəmə qətnaməsini icra etmirlər. Vətəndaş qeyd edir ki, bu məsələ ilə bağlı İcra qrupuna dəfələrlə müraciət edərək xahiş edib ki, onun torpaq sahəsi boşaldılsın və o, əkin işləri ilə məşğul olsun. Ancaq nəıdəsə icra qrupu məhkəmə qətnaməsini bu günədək icra etməyib.

Məsələyə yenidən qayıdacağıq.

İradə Şıxəliyevanın video müraciətini təqdim edirik.

XİA.az

Şərhlər

XƏBƏR LENTİ