SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Narkotiksiz gələcək naminə

Narkotiksiz gələcək naminə

Tarix:

1-03-2019, 15:15

/ 1 337 dəfə oxundu.
Narkotiksiz gələcək naminə

Xızı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Giləzi qəsəbəsində yerləşən tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Məktəbin pedaqoji heyətinin və şagirdlərin iştirak etdiyi tədbirdə çıxış edən Xızı RPŞ-nin YYÇPİTQ-nun inspektoru, polis baş leytenantı Niyaməddin Bağırlı narkotik maddələrin insan sağlamlığına vurduğu zərərlərdən bəhs edib. Narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakət olduğunu deyən polis baş leytenantı, şagirdləri sağlam həyat tərzi keçirməyə, pis vərdişlərdən uzaq olmağa səsləyib. Məktəblilərə sağlam ruhda böyüməli olduqlarını və gələcəyin savadlı kadr olmalarını izah edən N.Bağırlı, onlara təhsillərində uğurlar arzulayıb.
Sonra çıxış edənlər bəşəriyyətin ən böyük bəlasına çevrilən narkotik maddələrin dörviyyəsinə qarşı dövlət tərəfindən görülən tədbirlərdən danışaraq, pis vərdişlərə düçar olmuş şəxslərin yenidən normal həyata qaytarılmasında hərkəsin fəallıq göstərməsinin vacibliyini qeyd ediblər.
Narkotiksiz gələcək naminə
Narkotiksiz gələcək naminə
Narkotiksiz gələcək naminə
Narkotiksiz gələcək naminə

Şərhlər

XƏBƏR LENTİ