SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqanda yeni açılmış Olimpiya İdman Kompleksi, Əlillər Binası, Lisey çökə bilər – TƏHLÜKƏ (VİDEO)

Beyləqanda yeni açılmış Olimpiya İdman Kompleksi, Əlillər Binası, Lisey çökə bilər – TƏHLÜKƏ (VİDEO)

Tarix:

25-02-2019, 10:44

/ 2 229 dəfə oxundu.
Beyləqanda yeni açılmış Olimpiya İdman Kompleksi, Əlillər Binası, Lisey çökə bilər  – TƏHLÜKƏ (VİDEO)

Fevralın 13-də Prezident İlham Əliyev Bəyləqana səfər edərək Olimpiya İdman Kompleksinin açılışını edib. Ancaq Olimpiya İdman Kompleksinin bir əmması var. Məsələ ondan ibarətdir ki, Kompleksin su altında qalması üçün real təhlükə yaranıb.

RealMedia.az-a daxil olan məlumata əsasən, rayonda inşa olunan çoxmənzilli əlillər və digər binalar, Təhsil Nazirliyinin 7 saylı Liseyi, eyni zamanda yeni istifadəyə verilmiş 17,5 milyon manat yarımlıq dəyərində olan Olimpiya İdman Kompleksinin bünövrəsi eroziyaya məruz qalaraq təhlükə ilə üz-üzə qalıb.



Belə ki, Kompleks inşa olunan zaman rayonun qrunt sularının axıdılması üçün əsas drenaj xətti torpaqla doludurularaq ləğv edilib.

Məsələ ondadır ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Naziriliyi isə, binaların tikildiyi ərazinin yaxınlığında drinejların doldurulmasına göz yumub.

Bununla da gələcəkdə qrunt suları yaxınlıqda yerləsən çoxmənzilli əlillər binasının, 7 saylı Liseyin və istifadəyə verilmiş Olimpiya İdman Kompleksinin təməlinə yığılmasına və eroziyaya məruz qalaraq qəzalı vəziyyətə düşməsinə şərait yaradır. Bundan başqa, ərazi kütləvi zibil tullantıların yığılması mərkəzinə də çevrilib.

Üfunət qoxusundan əraziyə yaxın getmək mümkün deyil. Bir sözlə, antisanitariya baş alıb gedir. Ancaq nədənsə aidiyyatı qurumlar buna göz yumur və səlahiyyəti daxilində heç bir tədbir görmürlər.

Ümid edirik ki, tezliklə sözügedən nazirlik və aidiyyatı qurumlar tərəfindən bu məsələni obyektiv araşdırılması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində bütün zəruri tədbirlər görüləcək və drenaj kanalı bərpa ediləcək.

Mövzunu diqqətdə saxlayacağıq. Məsələ ilə bağlı sözügedən aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.

RealMedia.az

Beyləqanda yeni açılmış Olimpiya İdman Kompleksi, Əlillər Binası, Lisey çökə bilər  – TƏHLÜKƏ (VİDEO)
Beyləqanda yeni açılmış Olimpiya İdman Kompleksi, Əlillər Binası, Lisey çökə bilər  – TƏHLÜKƏ (VİDEO)
Beyləqanda yeni açılmış Olimpiya İdman Kompleksi, Əlillər Binası, Lisey çökə bilər  – TƏHLÜKƏ (VİDEO)
Beyləqanda yeni açılmış Olimpiya İdman Kompleksi, Əlillər Binası, Lisey çökə bilər  – TƏHLÜKƏ (VİDEO)
Beyləqanda yeni açılmış Olimpiya İdman Kompleksi, Əlillər Binası, Lisey çökə bilər  – TƏHLÜKƏ (VİDEO)
Beyləqanda yeni açılmış Olimpiya İdman Kompleksi, Əlillər Binası, Lisey çökə bilər  – TƏHLÜKƏ (VİDEO)
Beyləqanda yeni açılmış Olimpiya İdman Kompleksi, Əlillər Binası, Lisey çökə bilər  – TƏHLÜKƏ (VİDEO)
Beyləqanda yeni açılmış Olimpiya İdman Kompleksi, Əlillər Binası, Lisey çökə bilər  – TƏHLÜKƏ (VİDEO)

Şərhlər

XƏBƏR LENTİ