SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “Masallıda əlil uşaqların payın kimlər yeyir?”

“Masallıda əlil uşaqların payın kimlər yeyir?”

Tarix:

25-02-2019, 00:11

/ 1 246 dəfə oxundu.
“Masallıda əlil uşaqların payın kimlər yeyir?”

Tanınmış jurnalist, cenubxeberleri.com saytının baş redaktoru Zahir Əmənov “Masallıda əlil uşaqların payın kimlər yeyir?” başlıqlı yazı ilə çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, o bildirir ki, bu günlərdə QHT.az saytında Masallı və Zaqatala rayonlarında günərzi mərkəzləri yaradılması haqda xəbərə rast gəlib. Xəbərə görə, mərkəzlərin hər birində çətin həyat şəraitində olan, o cümlədən sağlamlıq imkanları məhdud olan 3-12 yaş arası 30 nəfərdən çox uşağa xidmət göstərilir. Və bu layihə Vətəndaşların Sosial Rifahi Naminə ictimai birliyi tərəfindən həyata keçirilir.

Z. Əmənov qeyd edir ki, bu məlumatı oxuyandan sonra həmin məkanı axtarıb, amma Masallıda belə bir yerin olmadığı ortaya çıxıb: “Zaqataladkı dostlarımız vasitəsi ilə də maraqlandıq ki, bəlli oldu ki, bu işdə ağıllı-başlı məlumatı olan yoxdur”.

Yazıda qeyd olunur ki, “Vətəndaşların Sosial Rifahi Naminə ictimai birliyi”nə Rizazadə İradə Bağır qızı rəhbərlik edir. O, ƏƏSMN yanında İctimai Şuraya rəhbərlik edən 15 nəfərdən biridir: “Yəni, İradə Rizazadə İctimai Şuranın üzvü kimi özü bu işlərə nəzarət edənlərdən biridir. Bəs hanı?”.

Müəllif qeyd edir ki, həmin layihənin icrası ilə bağlı Masallıda olsuğu iddia edilən yerlə bağlı heç bir məlumat ala bilmədiyi üçün nazir Sahil Babayevə müraciət edib: “Bu qrupun Masallıda harada, necə fəaliyyət göstərməsi barədə məlumat yoxdur və gizlədilir. Kim bununla maraqlanırsa onu top-tüfənglə qarşılayırlar, aşkarlıqdan qaçırlar. Görünən odur ki, bu iş kağız üzərində sənədləşdirilir, əlil uşaqların haqqı yeyilir. Xahiş edirik, bizə məlumat verilsin ki, bu GÜNƏrzi Masallıda nə vaxtdan, harada fəaliyyət göstərir. Bu qurum üçün nə qədər vəsait ayrılıb, Masallıda rəhbəri kimdir, neçə işçisi var? Bizdə olan məlumata görə nazirlikdə də bəziləri bu işdə əlbirdir”.

Z. Əmənov yazır ki, elə ailə var evində 3 talasemiya xəstəsi olan uşaq var, ünvanlı yardım ala bilmir. Onlarla əlil uşaq var ki, belə şəraitdə günlərini maraqlı keçirməsinə dəhşətli dərəcədə ehtiyacı var. Bunlar isə əlil uşaqların pulundan özlərinə təmtəraq düzəldirlər: “Adam bu işin “qurucuları”na da, “yeyicilərini” də, müdafiəçilərinə, havadarlarına da nifrət edir. Belələri, nə qədər tülkü kimi “Humanitar kolluqlarda” gizlənib, əlil, zəlil uşaqların haqqını yeyəcəklər?”.

Şərhlər

XƏBƏR LENTİ