Gəncənin icra başçısı müavinini danladı- Rusiya vətəndaşının 36 min dollarını mənimsəyib
Rusiyada yaşayan soydaşımız Kənan Məmmədov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun qəbulunda olan zaman soydaşımızla İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalov arasında insident yaşanıb.
Bu barədə Demokrat.az-a soydaşımız Kənan Məmmədov özü məlumat verib.
Rusiya vətəndaşı olan Kənan Məmmədov İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalovdan şikayətçi olduğunu bildirib:
"Mən Rusiya vətəndaşıyam. Ancaq Gəncədə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsi, 1-ci döngə, ev 21B ünvanında da qeydiyyatdayam. İcra başçısının müavini Mikayıl Zeynalov mənim 36 min ABŞ dolları məbləğində pulumu mənimsəyib. Bu məsələ ilə bağlı mən Gəncənin yeni icra başçısının qəbulunə gedib, Mikayıl Zeynalovdan pulumu tələb etdim. Başçı da mənim yanımda ona iradını bildirdi. Dedi ki, gətirib pulumu qaytarsın. Ancaq Mikayıl Zeynalov başçının üzünə qayıdaraq artıq pulun olmadığını söylədi"

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...