Ağsuda aztəminatlı ailələrə müavinət verməkdən ötrü 2000 manat alırlar"- İTTİHAM
"İlham Əliyev xalqının yanında olduğunu bir daha sübut etdi. Real TV-yə verdiyi müsahibəsində də öz mülahizələrini açıq şəkildə bildirdi. Prezident təkbaşına siyasət aparır. Təəssüf ki, onun komandası xalqın yanında deyil”.
Bunu Müasir müsavat Partiyasının sədri Hafiz Hacıyev "Yeni Sabah”a açıqlamasında deyib. O bildirib ki, məmurlar ölkə başçısının tapşırıqlarına əməl etmir:
"İlham Əliyev hər zaman "məmurlar xalqın qulluqçusu olmalıdır” desə də, heç biri buna əməl etmir. Bu gün rayonlardan bizə kifayət qədər şikayətlər daxil olur. Ölkə başçısının televiziyadakı müsahibəsi bir daha sübut etdi ki, o, xalqı ilə birlikdədir. Lakin tapşırıqlar real həyatda yerinə yetirilmir. Korrupsiyanın kökü kəsilməli olduğu halda, getdikcə artır. Məsələn, bu gün Ağsuda aztəminatlı ailələrə müavinət verməkdən ötrü rayonun məmuru 2000 manat alır. Dövlət Sosial Müdafiə Fondunun Ağsu şöbəsində vəzifədə olan Akif Xəlilov bunu edir. Çalışacam ki, bu məsələni ingilis dili bilən, yeni nazirə deyim. Zəhmət çəksin, Rusiyada yaşayan, Azərbaycan vətəndaşı olmayan insanlara sosial təminat verildiyini izah etsin.
Prezident çalışır ki, bu məsələlər aradan qaldırılsın, amma məmurlar buna imkan vermir. İlham Əliyev ciddi addımlar atmaq ərəfəsindədir. Komandası isə atılacaq addımlarda böyük tormoz rolu oynayır. İstəyirlər ki, prezidentin qərarları, tapşırıqları həyata keçməsin. Bu da mümkün olmayacaq. Biz də partiya olaraq dövlət başçısının çağırışlarının yanındayıq”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...