SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Saatlı sakinlərindən Səlim Müslümova şok şikayət

Saatlı sakinlərindən Səlim Müslümova şok şikayət

Tarix:

10-03-2017, 18:47

/ 2 164 dəfə oxundu.
Saatlı sakinlərindən Səlim Müslümova şok şikayət

Şikayətçilər: «Cənab nazir, ya Saatlı rayon Məşğulluq Mərkəzinin direktorunu tapıb bizə verin, ya da onu işdən çıxarmısınızsa, bizə də bir xəbər deyilsin…»
Redaksiyaya Saatlıdan teleqram xarakterli bir şikayət daxil olub. Teleqram əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova ünvanlıdır. Teleqramda deyilir: «Biz Saatlı rayonunun Nərimankənd, Dəllər, Yeni Novruzlu, Musabəyli, Bəyli Azadkənd, Sarıcalı və Əbil kəndlərinin sakinləri-A.Rəsulov, P.Sarıyev, Z.Rəsuloğlu və başqaları, hərəmiz müxtəlif problemlərlə bağlı Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılovun qəbuluna gəlib-getməkdən yorulmuşuq. Hər dəfə deyirlər ki, direktor Bakıdadır. Bilmək istəyirik, bu adamın iş yeri Saatlıdadırsa, o, uzun müddətdir Bakıda nə gəzir? Axı problemlərimizin eləsi var ki, birbaşa direktor həll etməlidir. Dövlət qulluqçusunun birbaşa vəzifəsidir ki, iş yerində otursun, Prezident cənab İlham Əliyev demiş, onun əsas vəzifəsi xalqa xidmət olmalıdır. Ancaq təəssüflə bildiririk ki, bu insanı iş yerində tapmaq mümkün deyil. Bu gün də Saatlı İcra Hakimiyyətinə zəng etmişik, şöbə işçisi deyir ki, onunla icra başçısı da bacarmır, o, Siraqəddin Cabbarovun adamıdır.

Hörmətli cənab nazir!

Bu gün təsadüfən qohumlarımızdan biri Bakı Apellyasiya Məhkəməsində keçirilən mülki iş üzrə vəkil kimi bir vətəndaşın hüquqlarını müdafiə edərkən, görüb ki, Bayram Mikayılov Bakı Apellyasiya Məhkəməsində hakim Saqi Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasındadır, keçmiş həyat yoldaşı ilə cehiz davası aparır (Saat 16:40, məhkəmənin 8-ci zalı). Biz başa düşmürük, bizim min bir problemimizi rayona atıb özünün cehiz qalmaqalını Bakıda həll etməyə çalışan bir direktora Sizindəmi gücünüz çatmır???
Cənab nazir, xahiş edirik, təcili tədbir görün. Ya Saatlı rayon Məşğulluq Mərkəzinin direktorunu tapıb bizə verin, ya da onu işdən çıxartmısınızsa, bizə bir xəbər deyilsin, biz də başımıza bir çarə qılaq.
***
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə zəng edərək rəsmilərin şikayətə mövqelərini öyrənməyə çalışdıq… Bu barədə az sonra ətraflı bəhs ediləcək.
Bayram Mikayılovun isə bizə verilmiş mobil telefonu söndürüldüyündən hələki onun mövqeyini öyrənə bilmirik…

«Təzadlar»

Şərhlər

XƏBƏR LENTİ