SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Siyəzən polisindən ötən ilin yekunları ilə bağlı...

Siyəzən polisindən ötən ilin yekunları ilə bağlı...

Tarix:

24-01-2019, 01:05

/ 1 932 dəfə oxundu.
Siyəzən polisindən ötən ilin yekunları ilə bağlı...

Siyəzən Rayon Polis Şöbəsinin şəxsi heyəti 2018-ci il ərzində qarşıya qoyulan vəzifə və tapşırıqları layiqincə yerinə yetirərək, rayon ərazisində əməliyyat şəraiti və kriminogen durumu bütövlükdə tam nəzarətdə saxlayıblar. Bu barədə DİN-dən verilən məlumatda deyilir.

Ötən il Polis Şöbəsində 76 cinayət işi qeydə alınıb, onlardan 75-nin açılması təmin olunub. 38 cinayət işi üzrə 22 təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeydə alınmış cinayət hadisələri nəticəsində vətəndaşlara dəymiş 31.677 manat maddi ziyanın 29.000 manatı zərərçəkmişlərə ödənilmiş, ödəmə 91.5 faiz təşkil etmişdir.

Bundan əlavə polis əməkdaşları tərəfindən inzibati xəta sayılan xırda talamalarla bağlı müvafiq inzibati tədbirlər həyata keçirilib. Polis Şöbəsinə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama xətası barədə 101 xırda talama faktı daxil olmuş, 63-nün açılması təmin edilmişdir. Xırda talamalarla vətəndaşlara dəymiş maddi ziyanın ödənilməsi üzrə göstərici 70.9 faiz təşkil edib. Bağlı qalan xətaların açılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ