İcra başçısı sakinləri dinləmək belə istəmir... - GİLEY
Redaksiyamıza müraciət edən Kürdəmir sakini Mehman Şilyanlı rayondakı məmur özbaşınalığından və biganəliyindən giley edir. Narazı vətəndaş DİA.AZ-a yazır:
"Kürdəmir rayonu Şilyan kəndində həyat üçün vacib olan infrasturuktur neçə illərdi ki, tamam sıradan çıxıb və bu kənddə yaşayış mümkünsüzdür. Kənddə yaşayan insanlar qış aylarında xəstələndikdə belə kəndə təcili yardım gəlmir, xəstələndikdə ölümlə üz üzə gəlirik. Kürdəmir İcra başçısına gəlincə isə, Ceyhun müəllim kənd adamlarını nə qəbul edir, nə də səsini eşidir..."
Daha sonra daxil olan müraciətdə deyilir: "Biz kənd sakinləri olaraq, sadəcə bu kənddə yaşamaq üçün heç olmasa yollara daş tökmələrini xahiş edirik. İcra başçısı isə deyir ki ölkədə pul yoxdur, neftin qiyməti aşağı düşüb, heç nə edə bilmərik, xoşunuz gəlmir, köçün başqa kəndlərə... orda yaşayın, sizin üçün vertalyot "zakaz" edəsi deyilik".
İndi siz mətbuat olaraq bu başçıdan soruşun, araşdırın ki, bu kəndin yolarına əlac edən olacaq, ya olmayacaq? Bizim günahımız nədir?"
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Dia.az



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək