SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Kərəm Həsənovun Qəbələdəki işçıləri vətəndaşın pay torpağını başqasının mülkiyyətinə necə verdi?

Kərəm Həsənovun Qəbələdəki işçıləri vətəndaşın pay torpağını başqasının mülkiyyətinə necə verdi?

Tarix:

16-01-2019, 12:26

/ 1 055 dəfə oxundu.
Kərəm Həsənovun Qəbələdəki işçıləri vətəndaşın pay torpağını başqasının mülkiyyətinə necə verdi?

Bakı şəhəri, Məhəmməd Hadı küçəsində yaşayan Şirinova Aida Əşrəıf qızı Aktualinfo.org onlayn qəzet redaksiyasının elektron poçtuna göndərdiyi müracıətdə pozulmuş hüquqlarının bərpası yönündə köməklik istəyir. Əslində Aida xanımın pozulmuş hüquqları bərpa olunub. Şəki İnzibati-İqtisad Məhkəməsi onun adına verilmiş pay torpaqların qanunsuz yollarla mənimsəmiş şəxsdən alınaraq sahibinə qaytarılması barədə qərar qəbul edib. Məhkəmə qərarının icra olunmasına isə maneələr yaradılır. Bu maneəni yaradanlar kimlərdir? Aida Şirinovanın müraciətini olduğu kimi oxucuların diqqətinə çatdırmaqla yanaşı Qəbələ rayon İcra Hakimiyyətinin və rayonun diğər aidiyyatı orqanlarının rəhbərlərindən soruşmaq istərdik. Hər xırda problemin həllinə görə vətəndaşı dövlət başçısına müracıət etməyə niyə vadar edirsiniz? Aida Şirinovanın müracıətində ona qarşı haqsızlıqlar olduğu açıq-aşkar görsənməkdədir.Ölkə başçısı İlham Əliyev cənablarına ünvanladığı müracıətdə o yazır:

Mən, 1991-ci ildən adət-ənənə ilə Qəbələ rayonun Yeni Dizaxlı kəndinə gəlin köçərək Əliyev Ramiz Hilal oğlu ilə ailə həyatı qurdum. Nikahımız 2000-ci ildək davam etmişdir. Birgə yaşadığımız dövrdə bir övladımız olmuşdur.

Həyat yoldaşım Ramizlə ayrıldıqdan sonra mən oğlumla birlikdə Bakıda yaşamalı oldum. Qəbələ rayonunda ailəmlə birlikdə yaşadığımız müddətdə torpaq islahatları zamanı bizə də 0.50 ha torpaq sahəsi ( bundan 0.12 ha xüsusi mülkiyyət-həyətyanı sahə və 0.38 ha da çoxillik əkmələr üçün ) dövlət aktı əsasında verilmişdir. Biz bu torpaqda əsasən fındıq bağı salıb istifadə edirdik. Lakin çox təəssüflər olsun ki, mənim oğlumla Bakıda yaşadığımdan və rayona az az gəlib getməyimi görən qayınlarım Əliyev Mübariz Hilal oğlu və digər qardaşı Əliyev İlqarla sövdələşərək bizim pay torpağımızı saxta sənədləşdirmələrlə zəbt edib qanunsuz ev tikmişlər. Belə ki, Mübarizin qardaşı İlqar Dizaxlı kənd İcra nümayəndəsinin sədri vəzifəsində işləyən Təbrizin qaynı olduğu üçün bu saxta sənədləşmə işlərini də Dövlət Əmlak Komitəsi Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinin səlahiyyətli şəxslərinin köməkliyi sayəsində verdikləri rüşvət hesabına sövdələşərək birlikdə əsassız olaraq həyata keçirmişlər. Halbuki, qayınlarım İlqar da, Mübariz də hər ikisi Azərbaycanı 1987-ci ildən ailəsilə tərk edib bu günədək Rusiya Federasiyasında yaşayırlar və Rusiya vətəndaşıdırlar. Lakin buna baxmayaraq Mübariz bizim ailənin yaşadığı ata yurdu olan evi də gəlib öz adına sənədləşdirib mənimsəmişdir. Baxmayaraq ki, bu evdə mənim ailəm yaşamışdır. Bizim mülkiyyətimizə verilən torpaq sahəsindəki əkdiyimiz fındıq bağından isə Mübarizin ailəsi qanunsuz olaraq son 12-13 ildir ki, dədəsinin malı kimi istifadə etməkdədirlər. Bizə isə öz torpağımıza keçib mülkümüzdən istifadə etməyə imkan vermirlər. Ona görə də Şəki İnzibati-iqtisad Məhkəməsinə müraciət edərək DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “JN seriyalı 146 A (kod 40606018) nömrəli bizim mülkiyyətimizdə olan torpağın saxtakarılqla Mübariz Əliyevin mülkiyyətinə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi irəli sürmüşük.

Sağ olsun məhkəmənin sədrlik edən hakimi Rüfət Məcidov ki, o iddiamıza ədalətli yanaşaraq 26 sentyabr 2018-ci il tarixli, iş n-2-1(84)-727/2018 saylı çox düzgün və əsaslı qərar qərar qəbul edərək iddiamızı təmin etmişdir. Qərardan cavabdeh tərəf apellyasiya şikayəti verməsə də, prosesə 3-cü şəxs kimi cəlb edilmiş Rusiya vətəndaşı Mübariz Əliyev rayondakı səlahiyyət sahibi olan qohum-əqrəbalarının köməkliyindən istifadə edərək Şəki İnzibati-İqtisad Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli Qərarının icra olunmasına süni maneçilik törətməyə çalışır. Halbuki, bu şəxsin DƏDRX-nin 9 saylı Ərazi İdarəsi səlahiyyətlilərilə gizli sövdələşməsi nəticəsində subyekt siyahısında bizm adımıza 146 nömrə ilə qeydə alınmış 0.50 ha torpaq sahəsinə qaynım Əliyev Mübarizin adına saxta mülkiyyət sənədi hazırlanmışdır. Halbuki, məhkəmə araşdırmasında da məlum olmuşdur ki, Əliyev Mübarizin adı subyektlər siyahısında 145 nömrə ilə qeydə alınmış və ona JN 145 nömrəli Dövlət Aktı ilə 0.81 ha torpaq sahəsi verilmişdir.M.Əliyevə 145 nömrəilə qeydiyyata alınmasına baxmayaraq onun adına JN 146 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır ki, nəticədə mənə və oğluma məxsus 0.50 ha torpaq sahəsi qanususz olaraq Əliyev Mübarizin adına sənədləşdirilmişdir.

Cənab Prezident İlham Əliyev! Və cənab Ədliyyə naziri Fikrət müəllim! Hazırda mənim oğlum Araz hərbi hissələrin birində zabit olaraq torpaqlarımızın qorunması üçün xidmət edir. Lakin onun şəxsi pay torpağını saxtakarlıqla ələ keçirməsini təsdiq edən saxta şəhadətnamənin ləğv olunması barədə qüvvəyə minmiş məhkəmə qərarı bu günə kimi icra edilməməsi təəssüf hissi doğurur. Və Sizdən çox xahiş edirik ki, bizim vəziyyətimizi nəzərə alaraq Şəki İnzibati-İqtisad Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, İş N-2-1(84)-727/2018 saylı qərarının icra olunması və sənəd saxtakarlarının qanunazidd əməllərinə hüquqi qiymətin verilməsi üçün aidiyyatı orqanlara göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm.

Bir mətbuat orqanı olaraq müraciətdə göstərilənlərlə bağlı araşdırmalarımızı davam etdirəcək, vətəndaşın pozulmuş hüquqlarının bərpa olunması istiqamətində köməyimizi əsirgəməyəcəyik.

Aktualinfo.org

Şərhlər

XƏBƏR LENTİ