Beyləqanda sabiq deputat yerli sakinin torpaq sahəsini zəbt edib-ŞOK OLAY
Bu günlərdə “GündəmXəbər”in redaksiyasına Beyləqan rayonu Əlinəzərli kənd sakini Əliyev Ruhid Məhəmməd oğlu tərəfindən müraciət daxil olub.
Müraciət müəllifi yazır ki, “2014-cü ildə Beyləqan rayonunun sabiq deputatı, oliqarx Ayaz Orucov şəhərin mərkəzində yerləşən və bizim ailəyə məxsus olan, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi (qeyd № 3/15), inventar nömrəsi 15 olmaqla qeydiyyatda olan 0.20 ha torpaq sahəmizi daşıdığı vəzifəsindən sui-istifadə etməklə zorla əlimizdən alıb və bizə məxsus olan həmin ərazinin yaxınlığında fırıldaqçılıqla dövlətimizdən oğurladığı təxminən 1 hektara yaxın dövlətə məxsus torpaq sahəsini, özü üçün qeyri-qanuni inşa etdirdiyi imarətin həyətinə qatıb. Deputatın bu qədər sərvət toplaması və oliqarxa çevrilərək “at oynatması”, həmçinin bu şəxsin atdığı addımlara görə müvafiq dövlət qurumları tərəfindən ona qarşı heç bir tədbirin görülməməsi olduqca müəmmalıdır. Halbuki, bu şəxs özü üçün inşa etdirdiyi imarətin əhatə etdiyi torpaq sahəsinin heç bir hüquqi sənədi yoxdur. Həmin torpaq sahəsi vaxtilə Rayon İcra Hakimiyyətinin qərarı ilə, rayonda musiqi məktəbi tikilməsi məqsədilə ayrılmışdır. Bununla bağlı müvafiq orqanlara dəfələrlə şikayətlər ünvanlasaq da, sabiq deputatı himayə edənlər şikayətimizə baxılıb haqlı qərar çıxarılmasına imkan verməyiblər. Ona görə də xahiş edirik ki, Ayaz Orucov tərəfindən pozulmuş hüquqlarımızın bərpası üçün bizə öz dəstəyinizi, öz köməkliyinizi göstərəsiniz. Ümid edirəm ki, şəxsi torpaq sahəmizi qeyri-qanuni yollarla ələ keçirən Ayaz Orucovla və onu himayə edən şəxslər barəsində cinayət işi açılmalıdır. Ölkəmizin ali qanunlarını saya salmayan harınlamış bu məmurlar barəsində ölçü götürülməlidir.Əlimizdə torpaq sahəsinin bizə məxsus olmasını təsdiq edən hüquqi sənədlərimiz var”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...