SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “Qorxmaz Hüseynovun Şirvan Su İdarəsindəki hoqqadan xəbəri yoxdur?” – ŞİKAYƏT

“Qorxmaz Hüseynovun Şirvan Su İdarəsindəki hoqqadan xəbəri yoxdur?” – ŞİKAYƏT

Tarix:

5-01-2019, 00:54

/ 880 dəfə oxundu.
“Qorxmaz Hüseynovun Şirvan Su İdarəsindəki hoqqadan xəbəri yoxdur?” – ŞİKAYƏT

Bir qrup Şirvan sakini Şirvan Regional Su İdarəsindn saytımıza şikayət məktubu ünvanlayıblar. AzEuroNews.com xəbər verir ki, sakinlər şikayət məktubunda qeyd edirlər ki, idarənin rəhbərliyində təmsil olunan şəxslərin başı öz aralarında olan savaşa qarışdığından əhaliyə düz-əməlli xidmət göstərə bilmirlər. Şikayət məktubunda deyilir: “7 aydır Azərsu ASC-nin sədri Qorxmaz Hüseynovun əmrinə əsasən 4 saylı Şirvan regional su kanal idarəsi yaradılıb. Regional idarənin tabeliyində 12 şəhər vərayonun su kanal idarələri sahə kimi fəaliyyət göstərir. 4 saylı regional idarəyə Qorxmaz Hüseynov əslən Gürcüstan azərbaycanlısı olan Azad Qurbanov adlı keçmiş MTN işçisini rəis təyin edib. Azad Qurbanovda özünə müavin Şirvan su kanal idarəsinin rəisi Hamlet Hüseynovu təyin edib. Bu gün regional idarəni “fırladan” əslində Hamlet Hüseynovdur. Beləolmasaydı Hamlet Hüseynov 6 ay öncə Şirvan Su kanal idarəsinə sahə rəisi işləyən Seymur Nəzərovu təyin etməzdi. Seymur Nəzərov dekabır ayının sonlarında vəzifəsindən azad edilib və Şirvan su kanal idarəsində hansı vəzifəyə təyin olunubsa nəinki digər işçilər heç özü də bilmir hansı işlə məşqul olacaq. Bu onu deməyə əsas verir ki, Qorxmaz Hüseynovun Şirvan şəhərində yerləşən idarəsi kolxoz bazarı üsulu ilə idarə olunur. Keçək əsas mətləbə Seymur Nəzərovdan sonra Şirvan su kanal idarəsinə Hamlet Hüseynov Azad Qurbanova verdiyi göstəriş əsasında satış şöbəsinin rəisi Elşad Ağalorovu daxili əmirlə müdir təyin edilib. Elşad Ağalarov dərhal əvvəlki vəsifəsinə satışa yeni rəis Amid adlı bir gənci təyin edib. Daha sonra idarənin avtomabilini idarə edən sürücünü uzaqlaşdırıb, bir sürücülük vəsiqəsi olmayanı özünə sürücü təyin edib. Elşad Ağaloruvun Şirvan su kanal idarəsinə Azərsu sədri Qorxmaz Hüseynovun müavini Köçəri Həsənovun dəstəyi iləgətirilib. Eyni zamanda Elşad Ağalarov Sabirabad rayonundan millət vəkili seçilən Rüstəm Xəlilovun bacısının kürəkənidir. Elşad Ağalarovun özünün dediyinə görə Köçəri Həsənova deputat Rüstəm Xəlilov tapşırıb. Ona görə də Elşad Ağalarov kimliyindən aslı olmayaraq hər kəsi Köçəri Həsənovla hədələyir. Hətta gələcəkdə regional idarəyə Azad Qurbanovun yerinə keçəcəyinə ümidlidir. Hətta indidən vəzifə bölgüsüdə edib. Elşad Ağalarovun satış şöbəsinə rəhbərliyə başlayandan Şirvanda iri obyektlərə sayğacdan əlavə xəttlər çəkilməsi başlanıldı. Sahibkarlar məcburən obyektlərinə “levi” xəttlər çəkib aylıq pulu Elşada verirdilər. “Azərsu”u işçilərinin gəlib həmin xəttləri aşkar etməsi və sahibkarlara cərimələr yazması buna sübutdur. Buna əyani sübutun biri “Azərsu” işçilərinin Bakıdan gəlib Şirvanda Hamlet və Azad cütlüyünün dostu olan son günlər “DYP rəisini otağında döyməklə ölkəgündəmini zəbt edən İbrahimə məxsus olan Rövşən şadlıq sarayında sayğacdan kənar su xəttini aşkar etmələri və 6000 (altı min) manat cərimə yazmalarıdır. Bu cür yarıtmaz satış rəisi cəzalanıb işdən azad olunmaq əvəzinə yüksək vəzifəyə təyin olunması “Azərsu”yun Şirvanda 4 saylı regional idarəsində acınacaqlı vəziyyətin olmasından xəbər verir. Başa düşmürük Qorxmaz Hüseynovun Şirvan Su İdarəsindəki hoqqadan xəbəri yoxdur? Hacı Əvəzağanın Şirvanda fəaliyyət göstərən bazarında nizam-intizam Su kanal birliyindən qat-qat üstündür”.

Oxucu şikayət məktubunu olduğu kimi dərc edilməsini xahiş edib. Problemlə bağlı Şirvan Regional Su İdarəsi ilə əlaqə yaratmaq cəhlərimiz heç cürə alınmayıb. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ