İCRA BAŞÇISI ONU GÖRÜB AYAĞA QALXMAYAN MÜDİRLƏRİ İŞDƏN QOVDU – AZƏRBAYCANDA ŞOK OLAY
Salyan Rayon İcra Hakimiyyətinin başçısı görüş zamanı ayağa qalxmayan baxça müdirini işdən qovub.
A24.az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 18-də Salyan Rayon İcra Hakimiyətinin başçısı Sevindik Hətəmovun Salyan şəhər İnteqrasiya təlimli İnternat tipli gimnaziyada əhali ilə keçirdiyi görüş zamanı baş verib. Belə ki, icra başçısının iştirak etdiyi görüşdə qalmaqal yaşanıb.
İcra başçısı içəri daxil olan zaman zalda əyləşən görüş iştirakçıları ayağa qalxsalar da, iki baxça müdiri yerindən durmayıb. Bundan qəzəblənən başçı görüşdən sonra hər iki baxça müdiri ilə mübahisə edib. Daha sonra onlar haqqında tədbir görülməsinin vacibliyini vurğulayıb. Elə həmin gün baxça müdirlərindən biri işdən qovulub, digəri isə şiddətli töhmətlə cəzalandırılıb.
Qeyd: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
A24.az




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...