SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncə Onkoloji Xəstəxanasında rüşvət tələbi

Gəncə Onkoloji Xəstəxanasında rüşvət tələbi

Tarix:

20-12-2018, 09:45

/ 2 245 dəfə oxundu.
Gəncə Onkoloji Xəstəxanasında rüşvət tələbi

Azərbaycanda onkoloji xəstələrin müayinəsi üçün hər il dövlət tətərfindən 30 milyon manat vəsait ayrılsa da ancaq bu sahə üzrə ixtisaslaşan xəstəxanalarda vətəndaşlardan rüşvət alınır.

Bununla bağlı ölkə mediasında yüzlərlə vətəndaş şikayətləri dərc olunsa da ancaq müsbət nəticə yoxdur.

Xəstələrdən pul tələb olunan səhiyyə ocaqlarından biri də Gəncə Onkoloji Xəstəxanasıdır.

Belə ki, Gununsesi.org-un Gəncədəki əməkdaşı yaxınlarının müayinəsi zamanı bunun şahidi olub.

Jurnalistin araşdırmasına görə, xəstəxanadan analizdən tutmuş bütün müayinə və müalicələr pulla həyata keçirilir. Bundan isə baş həkim Namiq Priyevin də xəbəri var.

Adlarının çəkilməsini istəməyən həkimlər isə xəstələrin etirazlarına cavab olaraq bildirir ki, tələb olunan qiyməti rəhbərlik özü müəyyən edib. Sözügedən xəsətəxanın Şüa, kimyatepaiya və kompüter tomoqrafiya müayinə və müalicələri üçün konkret məbləğlər müəyyən olunub.

Konkret olaraq, tomoqrafiya müayinəsi üçün həkim Qoşqar Məmmədovun çəkinmədən 70 azn tələb etməsi hər kəsin gözü qarşısında baş verir.

Onkoloji xəstəxananın digər şüa və kimya terapiya şöbələrində də vəziyyət olduqca acınacaqlıdır. Belə ki, kimyaterapiya üçün dərmanlar və müalicə pulsuz olduğu olduğu halda yenə də həkim personalının tələb etdiyi 50-100 manatından keçməlisən.

Onkoloji xəstələr şŞüa və kimyaterapiya üçün hər gün məcburiyyət qarşısında qalaraq xeyli miqdar pul itirməli olurlar.

Baş həkimə bununla bağlı ünvanlamaq istədiyimiz suallara isə köməkçisi “yerində yoxdur” deyə cavab verib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin də mövqeyini öyrənməyə çalışacağıq.

Şərhlər

XƏBƏR LENTİ