Bərdədə gölə nəcasət axıdıb əhalini zəhərləyən Mamed kimdir? - Tükürpədici fakt!
Bərdədə ekologiyanı və əhalini zəhərləməkdə, genofondu məhv etməkdə ittiham olunan bir keçmiş polis haqda məlumat əldə etmişik.
Zahir Bərdəli adlı sosial şəbəkə istifadəçisi sabiq yol polis əməkdaşı olan Mamedin əməllərindən yazıb.
Onun sözlərinə görə, keçmiş polis Heydər Əliyev parkının yaxınlığındakı Tərtərçayın içində balıqlar saxlamaqla məşğuldur. Amma həmin balıqlara verilən qidanı bilsəniz...
Z.Bərdəli iddia edir ki, balıqların qidalanması üçün rayonun kanalizasiyasından çəkilən nəcasət gölə axıdılır. Bu dəhşətli bir cinayətdir. Hüquq-mühafizə orqanları dərhal hərəkət etməlidir.
Nəticədə həm Tərtər çay ekoloji cəhətdən çirklənir, məhv olur, həm də əhaliyə nəcasətlə qidalanmış balıq satılır. Amma şikayətçinin dediyinə görə, Mamedə “gözün üstə qaşın var” deyən tapılmır. Onun kimlərlə hesablaşdığı, qarşılığında nələr verdiyi bilinmir.
Fakt budur ki, gölə kanalizasiya axıdılır, balıqlar ordan yemlənir, sonra xalqa yedizdirilir. Bu hal böyük bir epidemiya, xəstəlik yaya bilər. Nədənsə, sükutla qarşılanır.
Ekologiya İdarəsi, Fövqəladə Hallar Komissiyası, yerli icra hakimiyyəti və başqa strukturlar məsələni araşdırmalıdırlar. Mamed adlı biznesmen insanları zəhərləyir.
Bir tərəfdən Ermənistan Araz çayı hövzəsini çirkləndirir, Tərtərçay, Tovuzçay, Xaçınçay çirkənir, bir tərəfdən də Mamed adlı şəxsin balıq saxlama istəyi nəticəsində nəcasət çaya tökülür.
Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin müdiri Böyükkişi Cümşüdov ziyan vurur, bu tərəfdən Mamedin əməlləri... Şikayətçilər deyirlər ki, tezliklə araşdırma aparılmalı, bunun qarşısı alınmalıdır.
Zahid Bərdəli yazır ki, müraciətlər olunub, amma baxılmayıb: “Çayın həmin ərazisi tam məhv olub, ekologiya pozulub. Çayın qorunma zolağı məhv edilib. Belə adama nə deyəsən? Etdiyim müraciətlərə baxan yoxdur”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Cahan.info xəbər

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək