Qazaxda başçının açılışını etdiyi baxça bazar imiş... - GİLEY
"Biz ümid edirdik ki, təzə başçı və onun vəzifəyə gətirdiyi kadrlar düz işləyəcək, amma indi aldadıldığımızı görürük". Bu ifadələr Qazaxdan müraciət edən narazı vətəndaşın gileyində yer alıb.
Müraciət müəllifi bildirir ki, adının açıqlanmasını istəmir: "Yəqin bizim başçıdan yazılanları oxuyursunuz, deyilənləri eşidirsiniz. Mən də rayonda yaşamaq istəyirəm, qaçaq düşmək istəmirəm".
Danşılan narazı vətəndaş bildirir ki, bu ilin avqust ayından açılışı olan rayondakı 95 yerlik 3 saylı körpələr evi-uşaq bağçası əslində bazar kimi fəaliyyət göstərir.
Deyilənlər: "Nəvəmi əbbəlki bağça müdirəsinin vaxtından növbəyə yazdırmışam. İndi gedirəm, rədd cavabı verir. Təzə müdirə Ülkər xanım deyir ki, "Yer yoxdur". Amma sonradan başqalarının, öz qohumlarının uşaqlarını bağçaya qəbul elətdirir. Belə də şey olar? Biz ümid edirdik ki, təzələr yaxşı işləyəcək, Amma təzələr köhnələrin ölənlərinə rəhmət oxutdurur. Elə bil bağça deyil, bazardır".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
DİA.AZ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək