Göygöl SSİ-nin rəisinə cinayət işi açıla bilər
Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmova Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri üzrə cinayət işi açıla bilər.
Bugün Göygöl rayon məhkəməsində jurnalist Osman Nərimanoğlunun sözügedən məmura qarşı xüsusi ittiham qaydasında müraciəti əsasında hazırlıq iclası keçirilib. Məhkəmə prosesi iclas zalı məşğul olduğundan, hakim Qələmdar Abbasovun özünün iş otağında baş tutub. Prosesdə tərəflər dinlənilib, jurnalist - xüsusi ittihamçı qismində təhqir və böhtana, şantaja məruz qaldığını dəlillərlə əsaslandırmağa çalışıb.
Təqsirləndirilən şəxs və vəkili Fuad İsgəndərov isə ittihamla razılaşmayaraq, müəyyən bəhanələrlə müraciətin icraata götürülməməsini xahiş edib.
Hakim Qələmdar Abbasov "cinayət işi" üzrə jurnalistin müraciətini icraata götürüb və növbəti məhkəmə iclasının vaxtını müəyyən edib.
Növbəti məhkəmə iclası 17 dekabrda keçiriləcək.
Xatırladaq ki, son aylar adıçəkilən məmur "Demokratik.Az" saytına iftiralar atır, özünün facebbok səhifəsində aşağılayıcı linklər paylaşır və jurnalistə açıq hədə-qorxu gəlir. Xüsusilə saytın rəhbəri Osman Nərimanoğlunun barəsində Azərbaycan Mətbuat Şurasına və digər qurumlara yazdığı böhtan və təhqirlərilə diqqət çəkir. Ən maraqlısı isə odur ki, İlqar Məhərrəmov Azərbaycanın baş melioratoru Əhməd Əhmədzadənin dövlətin adından ona etibar etdiyi möhürü və rəsmi blankını mətbuat adına - jurnalistikaya qarşı təhqir və böhtan niyyətilə istifadə edir.
Yarıtmaz melioratorun MŞ-yə yazdığı məktubunda onun jurnalistə şər-böhtan atdığı, təhqir etdiyi, rəhbəri olduğu idarəyə aidiyyatı olmayan vəzifəli şəxsləri, ələlxüsus da icra başçılarını sanki müdafiə etdiyi, ümumiyyətlə onların adından danışdığı aydınca oxunur.
Məhkəmənin işə obyektiv baxacağına, Meliorasiya və Su təsərrüfatı ASC-nin isə tabeliyindəki bu şəxsə zəruri kargüzarlıq -sənədləşmə təlimatları verəcəyinə, fəaliyyətinə inzibati nəzarəti gücləndirəcəyinə inanırıq.
Demokratik.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...