Ağdamda təhsil mərkəzinin yanında zamanı hesablanmamış bomba - FHN -i görməmıəzlikdən gəlir ...
Ağdam rayonunda yanacaqdoldurma məntəqəsi təhsil mərkəzi ilə yanaşıdır
Sozcu.az-a daxil olan məlumata görə, Ağdam rayonunda olan "Qarabağ" Təhsil Mərkəzi ilə yanaşı böyük bir yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşir. Real yanğın və təhlükə mənbəyi hesab edilən bu yanacaqdolduma məntəqəsi yaxınlığında 200 nəfərdən çox Abituriyentin hazırlaşdığı təhsil mərkəzinin istifadəyə verilməsi nədənsə aidiyyəti qurumların gözündən yayınıb.
Təhsil mərkəzinin yaxınlığında olan "Kaspi Oil" adlı yanacaqdoldurma məntəqəsi ilə təhsil mərkəzinin bu qədər yaxınlıqda olmasına icazə verən dövlətin səlahiyyət nümayəndələri bunula nə qədər böyük bir məsuliyyətin altına girdiklərini anlamırlarmı görəsən?
Mütəxəssislərin bildirdiyinə görə, yanacaqdoldurma məntəqələri ilə yaşayış evləri arasında məsafə ən azı 1 kilometr olmalıdır. Yanğın baş verəndə insanları təkcə alov öldürmür. Yanğın zamanı çıxan boğucu qara tüstülər bina hündürlüyündə qalxarsa, ətrafdakı insanların ölməsinə kifayət edir. Belə olan halda insanların həyatlarına bu qədər biganə qalan səlahiyyət sahiblərinin hansı ağılla bu qanunsuz əmələ imza atdıqlarına təəcüblənməyə bilmirsən. Məncə bu cür qanunsuzluq bəzi məmurlarda maddiyatın insan həyatından yuxarda dayanmasının göstəricilərindən biridir. Ağdam rayonunda yaranan bu özbaşınalıq ciddi şəkildə araşdırılmalıdır. Tək bir qığılcımla nələr ola biləcəyini düşünəndə belə, insan dəhşətə gəlir.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...