Xəstəyə pulsuz dərman verilməsindən imtina edildi – Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkimindən şikayət
"Sabirabad rayon Mərkəzi Xəstəxanasından 2 ay pulsuz dərman verildi. Növbəti aylarda bundan imtina edildi".
Bu fikirlər qaraciyər xəstəsi olan Sayılova Şəfəq Yaşar qızına aiddir.
Sabirabad rayon Poladtuğay kənd sakini Şəfəq Sayılovanın istifadə etdiyi dərmanın birinin qiyməti 80 manatdır. Ay ərzində 5 adda dərmana ehtiyacı olan xəstə bir müddət əvvəl Birinci vitse- prezident Mehriban xanım Əliyevaya,Səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib. Bundan sonra Şəfəq Sayılovanın dərmanla təminatı Sabirabad rayon Mərkəzi Xəstəxanası tərəfindən həyata keçirilib.
Xəstəni 2 ay dərmanla təmin edən xəstəxanın baş həkimi hazırda bundan imtina edib.Ay ərzində dərman almağa 400 manat vəsaiti olmayan Şəfəq Sayılovanın vəziyyəti hazırda xeyli ağırlaşıb, onda kəskin ağrılar baş qaldırıb.
Məsələyə aydınlıq gətirmək üçün Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyevlə əlaqə saxlamaq istəsək də,çoxsaylı zənglərimizə cavab verilmədi.
Faktinfo.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...