SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncədə üç rəhbər vəzifəni daşıyan şəxs vəzifəsindən uzaqlaşdırıldı

Gəncədə üç rəhbər vəzifəni daşıyan şəxs vəzifəsindən uzaqlaşdırıldı

Tarix:

4-12-2018, 12:35

/ 1 836 dəfə oxundu.
Gəncədə üç rəhbər vəzifəni daşıyan şəxs vəzifəsindən uzaqlaşdırıldı

Artıq hər kəsə bəllidir ki, Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan az sonra, yeni komandasını formalaşdırmaq yöndə müəyyən addımlarını atmaqdadır.

Belə ki, adı çəkilən vəzifə sahibinin ilk addımı ŞİH Aparatında Humanitar məsələlər üzrə müavin vəzifəsini daşıyan Sevda Qurbanəliyevanı vəzifəsindən uzaqlaşdırmaq oldu. Onu da qeyd edək ki, Gəncənin sabiq icra başçısı Elmar Vəliyev də, vaxtilə bu şəxsi daşıdığı vəzifəsindən uzaqlaşdırsa da, çox keçmədi ki, Sevda Qurbanəliyevanı dəstəkləyən qüvvələr onu işinə bərpa etdirə bilmişdilər. Artıq neçə il idi ki, İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin vəzifəsini daşıyan və bu sahələrdə çalışanları cana doyduran müavinin daşıdığı vəzifəsindən azad olunması, atılan addımların müsbət nəticə verəcəyindən xəbər verir.
Ötən illər ərzində Sevda Qurbanəliyeva icra başçısının müavini vəzifəsini daşımaqla bərabər, eyni zamanda əvvəlki iş yerində, yəni GDU-da musiqi kafedrasının müdiri vəzifəsini də daşıyırdı. Bundan əlavə, deyilənlərə görə bu şəxs Gəncə Regional Elm Mərkəzində də şöbə müdiri vəzifəsini də daşıyır. Hərhalda bir şəxsin iki və daha çox rəhbər vəzifəni daşıması qanunla qadağan olunur. Bundan əlavə, daşınan vəzifələrə görə ödənilən maliyyə də, hər kəsi düşündürən məsələlərdəndir. Son vaxtlar geniş ictimaiyyətə Gəncə şəhər İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini vəzifəsini daşımış S.Qurbanəliyevanın, GDU-da kağız üzərində "fəaliyyəti"nə rektor Y.Yusifovun hansı səbəbdən göz yumması da müzakirə mövzusuna çevrilmişdi. Bütün bunlar azmış kimi, adı GDU-da kafedra müdiri kimi gedən, İH-də humanitar məsələlər üzrə müavin vəzifəsini daşıyan bu xanımın, üstəlik pedaqogika fakultəsinində qeyri -rəsmi dekan vəzifəsinə “əl qoyduğu” söylənilir.
2013-cü ildən Gəncə Regional Elm Mərkəzinin direktoru vəzifəsini daşıyan Fuad Əliyev, sabiq icra başçısı Elmar Vəliyevin kadr siyasətində əsas yerdə qərarlaşmağı bacarmaqla bərabər, bütün zamanlarda kadr yerləşdirməklə məşğul olduğundan o, yaxın qohumu S. Qurbanəliyevanı Gəncə şəhər İcra Hakimiyyətinə gətirib çıxara bilmişdi. Bu gün Fuad Əliyevin xeyir-duası ilə Gəncə şəhərində rəhbər vəzifə sahibi olan şəxslərin, hələ də çoxluq təşkil etmələri söylənilir.

P.S. Qurbanəliyevanın daşıdığı vəzifəsindən azad olunması bir çox humanitar sahələrdən, o cümlədən təhsil sahəsindəki gərginliyi, ələlxüsus Gəncə Musiqi Kollecinin müavindən asılılıq bağlarını qırmış olacaq.

GundemXeber.Az

Şərhlər

XƏBƏR LENTİ