Yoldaş Alxasovun ayağındakı yeyinti... - Bunun hesabı sorulacaq...
Qusar rayon İcra hakimiyyətinin başçısı Şair Alxasova qarşı ağır ittihamlar var. Bu barədə Nazirlər Kabinetindəki məlumatlı mənbə xəbər verib.
İddialara görə, Qusarın RİH başçısı rayona ayrılan büdcə vəsaitlərinin xərclənməsində böyük yeyintiyə yol verdiyindən hazırda durumu olduqca gərgindir.
Mənbənin söylədikləri: "Təxminən 300 min manata yaxın büdcə vəsaitinin xərclənməsində Şair Alxasov və adamları yeyintiyə yol verib. Yerli maliyyə idarəsinin müdiri də durumla bağlı hədəfdədir".
Mənbə iddia edir ki, Şair Alxasova qarşı konkret ittihamlar olduğundan rayonda həbslər də həyata keçirilə bilər: "Adamlar o qədər arxayın şəkildə büdcəni talayıblar ki, hətta rəsmi qurumlar tərəfindən ittiham oluna biləcəklərini, "yediklərinə" görə cavab verməli olduqlarını belə unudublar".
Qeyd olunanlarla bağlı Şair Alxasovun mövqeyini öyrənmək istəsək də, telefon zənglərimizə cavab verən olmadı. Redaksiyamızda isə rəsmi qurumların maliyyə araşdırmalarının yekunları var və yaxın vaxtlarda həmin faktları təqdim edəcəyik. Bizi izləməkdə davam edin...
DİA.AZ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək