Ağdam Mərkəzi Xəstəxanasında kasıb xəstə tibbi yardım almadan can verdi- BAŞ HƏKİM ƏVƏZİ İSƏ MAŞININI REKLAM EDİR
-Həkim, sizə pul vermədiyim üçün inciməyin.Müalicənizə gorə təşəkkür.
-Incimirəm əşşi, bə Hippokrata and icmişik də.
-Demək mən hələ cox yaşayacam?
-‘lbətdə, sizi sevənlərin ürəyində daima...
Hazırda Ağdam camaatı bax bu lətifədəki xəstənin günündədir. Mozalan.az-a yazırlar ki, pul verməsən həkimlər sifətinə belə baxmır. Həkim o yana, adi tibb bacıları sənə dodaq büzəcək.
Səbəb ondadır ki, Ağdam Mərkəzi Xəstəxanasını son illərdə öz işini sevən şəxslər rəhbərlik etməyib. Sonuncu baş həkim sabiq icra başçısının əmri ilə təcili tibbi yardım maşınlarını pambıq sahələrinə göndərib məhsul yığmaqla yadda qaldı.
Xəstələr evlərində ölürdü, “skoru” isə pambıq daşıyırdı.
İndi elə bir şey yoxdur.
Ancaq xəstəxanaya düşdünsə, cibində pulun olmadısa elə tez ölsən məsləhətdi.
Oktyabrın 23-ü Zülfi adlı vətəndaş ağır vəziyyətdə Ağdam Mərkəzi Xəstəxanasına gətirilib. Günorta 3 radələrindən reanimasiyaya yerləşdirilib. Ancaq kasıb və yiyəsi olmadığından lazımı tibbi yardım almayıb. Axşamçağı dünyasın dəyişib.
Azərbaycan tibbi adına bu növbəti ləkədi.
Ancaq baş həkim əvəzi Elxan Ələsgərovun bu hadisə vecinə deyil. Baş həkim əvəzi kimi insan ölümünə görə məsuliyyəti halbuki o daşıyır.
Sosial şəbəkədə patriotik paylıaşımlarla insan vətənpərvər olmur . Düzdü, bahalı maşınının fonunda da şəkli var.
Elə o şəkilə nəyə işarə vurduğu bəllidir.
Elxan həkimin fəailiyyətini isə qarşıda geniş işıqlandıracayıq.
Mozalan.az


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...