SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqanda büdcə təşkilatlarında işləyənlər pambıq əkməyə məcbur edilir

Beyləqanda büdcə təşkilatlarında işləyənlər pambıq əkməyə məcbur edilir

Tarix:

17-10-2018, 23:53

/ 1 548 dəfə oxundu.
Beyləqanda büdcə təşkilatlarında işləyənlər pambıq əkməyə məcbur edilir

Son dövrlər Azərbaycan iqtisadiyyatı ilə bağlı mövzularımız ya neftdən, ya da pambıqdan olur.

Bunu Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu özünün Facebook səhifəsində yazıb.

Onun bildirdiyinə görə, Beyləqanda büdcə sferasında çalışanlar pay torpaqlarında pambıq əkininə məcbur edilir.

Bu gün rayonda yaşayan Facebook dostlarımdan birinin mənə ünvanlandığı məktubda bildirilir ki, Beyləqanda icra nümayəndələri və bələdiyyə sədrləri kəndlərdə məktəb direktorlarını, bağça və tibb məntəqələrinin müdirlərini çağıraraq onlara birbaşa icra başçısının adından göstəriş verirlər ki, gələn il hamınız pay torpaqlarınızda (işçilərinizlə birgə) pambıq əkməlisiniz.

Onlara təzyiq olunur ki, şəxsiyyət vəsiqələrinin surətlərini gətirib indidən pambıq zavodu ilə (ola bilsin qəbul məntəqələri) müqavilə bağlasınlar, öhdəlik götürsünlər ki, nə qədər ərazidə pambıq əkəcəyik, sonra gedib “Kapitalbank”dan kartlarını götürsünlər.

Belə müəssisələrdə hər bir işçi üçün minimum 0,5 hektar norma nəzərdə tutulur. Müəssisə rəhbərləri də öz növbələrində işçilərini təhdid edir, müəllimlər dərs saatları kəsilməklə, işdən çıxarılmaqla hədələnir.

RealMedia.az

Şərhlər

XƏBƏR LENTİ