Prezident iclas keçirdi, Mirdaməd Sadıqovdan şok faktlar açıldı
Prezidentin Nazirlər Kabinetində keçirdiyi iclasda yerlərdə məmurların yol verdiyi qanunsuzluqlar, özbaşınalıqlardan danışmasının ardınca onlardan biri haqda sensasion məlumatlar əldə etmişik.
Reportyor.info-ya İsmayıllı Rayon İcra Hakimiyyətində son zamanlar baş verənlər, kadr siyasəti, icra başçısı Mirdaməd Sadıqovun büdcə vəsaitlərində maxinasiyalar həyata keçirməsi haqda xəbərlər verilib. Dövlət başçısının əyalətlərdə məmur zülmü ilə bağlı işdən çıxardığı icra başçılarının trendinə M.Sadıqovun da qoşulacağı istisna deyil.
Məlum İsmayıllı hadisələrindən sonra bu bölgəyə qarşı xüsusi həssaslıq var və siyasi rəhbərlik çalışır ki, regiondan şikayət gəlməsin, narazılıq xirtdəyə çatmasın. Amma M.Sadıqovun fəaliyyəti gərginlik yaratmaqdadır. Əsasən də vəzifələrə həmyerliləri olan lahıclıları təyin etməsi, onları daha çox qabağa çəkməsi İsmayıllıda narazılığı artırıb.
Busəs-küylü informasiyalar və faktlarla bağlı geniş məqaləmizlə gələn həftənin bazar ertəsi tanış ola biləcəksiniz. Beləliklə, biləcəksiniz:
İcra başçısı əkinə yararlı torpaqları pay torpaqları adı ilə necə satıb?
Mirdaməd Sadıqov İH-də vəzifələrə qohumlarını və yaxınlarını necə təyin edib?
Şəhərin mərkəzində obyekti hansı vəsaitlə tikdirib?
İnşa etdirdiyi özəl bağçanın 1 ildir qapısı niyə qıfıllanıb?
Prezidentin açılışını etdiyi yolun tikintisində hansı misli görünməmiş saxtakarlığa yol verilib?
REPORTYOR.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...