ADAU tələbələrinin bu görüntüsü tənqid olundu - Foto
Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin III kurs tələbələrini 1 oktyabr tarixində təcrübə məqsədilə pambıq yığımına aparması birmənalı qarşılanmayıb.
Axar.az xəbər verir ki, bununla bağlı fikirlərini bölüşən iqtisadçı ekspert Qubad İbadoğlunun sözlərinə görə, dünya ölkələri texnikanın imkanlarından yararlandığı bir vaxtda azərbaycanlı tələbələrin təcrübə məqsədilə pambıq yığımına aparılması utancvericidir:
“Mütərəqqi dünya təhsilə innovasiyalar tətbiq edir, ABŞ-da orta məktəb şagirdləri robot düzəldir, Azərbaycan Dövlət Aqrar Universiteti isə tələbələrə dərs vaxtı pambıq yığmağı öyrədir.
Universitet yaydığı məlumatda bildirib ki, ölkədə pambıq yığımına başlanılması ilə əlaqədar pambıqçıların yanında olmaq, onlara dəstək nümayiş etdirmək, auditoriyalarda əldə olunan nəzəri bilikləri təcrübədə möhkəmləndirmək, tətbiq olunan innovativ texnologiyalarla yaxından tanış olmaq məqsədilə tələbələr pambıq yığımı prosesinə qoşulmağa dəvət olunurlar”.
Ekspert bildirib ki, ADAU-nun bu məntiqindən belə çıxır ki, astronom olmaq üçün tələbə Ayda, Marsda təcrübə keçməlidir:
“Universitetin bu məntiqinin arxasında nə dayanır:
1. Pambıq yığmağı öyrənmək üçün ADAU-da oxumaq lazımdır.
2. ADAU-da oxumaq üçün pambıq yığmağı öyrənmək lazımdır.
Bu məntiqlə astronom olmaq üçün Ayda, Marsda təcrübə keçməlisən, yaxud Turizm Universitetində oxumaq üçün çoxlu səfərə çıxmalısan, əczaçı olmaq üçün müxtəlif dərmanlar qəbul etməlisən.
Əgər ADAU-nun məqsədi auditoriyalarda əldə olunan nəzəri bilikləri təcrübədə möhkəmləndirmək, tətbiq olunan innovativ texnologiyalarla yaxından tanış olmaqdırsa, onda tələbələr yalnız hazır pambığı toplamalı deyil, pambığın əkilmə, suvarılma, vegetasiya (cücərmə, boyatma və yetişmə), bir sözlə, bu bitkinin aktiv fəaliyyətinin bütün fazalarında tarlada olmalıdır”.
Q.İbadoğlu bildirib ki, belə universitetdə təhsil almaqdansa, pambıq əkib daha çox şey öyrənmək olar.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...