Niyazi Bayramovun Gəncədə ilk FİASKOSU - GİLEY
- 28-09-2018, 16:51
- 2 080
Belə ki, redaksiyamızı bilgiləndirən Gəncə sakinlərindən birinin sözlərinə görə, Niyazi Bayramov gəldiyi ilk günlərdən özünü xalqa yaxın birisi kimi təqdim etməyə çalışsa da, sona qədər ona tapşırılan missiyaya sədaqət nümayiş etdirə bilməyib.
Mənbənin söylədikləri:
"Məsələn, dünən başçının qəbuluna düşmək istəyən 30-dan artıq gəncəliyə rədd cavabı verildi. Heç bir səbəb də göstərilmədi. Yalnız deyildi ki, başçının qəbul vaxtı bitib. Halbuki hələ erkən idi və nahar fasiləsi də olmamışdı. Görünür, Niyazi Bayramov da gəncəlilərin gözlədiyi başçı olmayacaq".
Yazan Gəncə sakini iddia edir ki, gələn həftənin birinci günü Niyazi Bayramovun qəbulunda qələbəlik olacaq. "Dia.az əməkdaşlarından xahiş edirik, birinci günü Gəncədə olun. Amma bilin ki, Niyazi Bayramov gələndən hər gün belədir. Mətbuata yalan məlumat ötürürlər..."
Əlavə bilgilərimiz də olacaq. Çalışıb, deyilən günü Gəncədən müşahidələrimizi diqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq..
DİA.AZ