Niyazi Bayramovun Gəncədə ilk FİASKOSU - GİLEY
Elmar Vəlyevin ardından Gəncə şəhər İcra Hakimiyyətinin başçısı postuna təyinat alan Mingəçevirin sabiq ŞİH rəhbəri Niyazi Bayramov, deyəsən, ölkəmizin ikinci böyük şəhərində BÖYÜK problemlər yaşamalı olacaq. Hər halda daxil olan məlumatlardan belə anlaşılır.
Belə ki, redaksiyamızı bilgiləndirən Gəncə sakinlərindən birinin sözlərinə görə, Niyazi Bayramov gəldiyi ilk günlərdən özünü xalqa yaxın birisi kimi təqdim etməyə çalışsa da, sona qədər ona tapşırılan missiyaya sədaqət nümayiş etdirə bilməyib.
Mənbənin söylədikləri:
"Məsələn, dünən başçının qəbuluna düşmək istəyən 30-dan artıq gəncəliyə rədd cavabı verildi. Heç bir səbəb də göstərilmədi. Yalnız deyildi ki, başçının qəbul vaxtı bitib. Halbuki hələ erkən idi və nahar fasiləsi də olmamışdı. Görünür, Niyazi Bayramov da gəncəlilərin gözlədiyi başçı olmayacaq".
Yazan Gəncə sakini iddia edir ki, gələn həftənin birinci günü Niyazi Bayramovun qəbulunda qələbəlik olacaq. "Dia.az əməkdaşlarından xahiş edirik, birinci günü Gəncədə olun. Amma bilin ki, Niyazi Bayramov gələndən hər gün belədir. Mətbuata yalan məlumat ötürürlər..."
Əlavə bilgilərimiz də olacaq. Çalışıb, deyilən günü Gəncədən müşahidələrimizi diqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq..
DİA.AZ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək