SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Keçmiş nazirin adamı Rəcəb Babaşov "keçmişə çevrilir"... - İDDİA

Keçmiş nazirin adamı Rəcəb Babaşov "keçmişə çevrilir"... - İDDİA

Tarix:

10-09-2018, 13:49

/ 2 414 dəfə oxundu.
Keçmiş nazirin adamı Rəcəb Babaşov "keçmişə çevrilir"... - İDDİA

Hazırda Qazax rayonunda rəhbərlik edən Rəcəb Babaşovun da tutduğu icra başçısı postundan uzaqlaşdırılması gündəmdədir. Bu barədə bilgiləndirən mötəbər mənbə iddia edir ki, əslində zamanında, yəni Qazax rayonuna icra başçısı təyinatına qədər Vergilər nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi postunu tutmuş Rəcəb Babaşov keçmiş vergilər nazirir Fazil Məmmədovun əsas adamı kimi xarakterizə olunmaqdadır.

"Hər halda daşıdığı vəzifənin mahiyyətindən də anlamaq olar ki, Fazil Məmmədov Babaşova zamanında nələri etibar edib" deyən mənbə bildirir ki, eyni zamanda Rəcəb Babaşov keçmiş Nəqliyyat naziri Ziya Məmmədovla da qohumdur. Belə ki, keçmiş nazirin qardaşı oğlu R.Babaşovun qızı ilə ailə həyatı qurub.

Mənbənin söylədikləri: "Yəni hazırda hər iki güvəndiyi ünvan artıq imkansız durumda olduğundan Rəcəb Bababşov əslində ən asan hədəflərdən biridir. Və yaxın günlərdə onunla bağlı qərarın veriləcəyi istisna olunmur".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ