SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Xızı və Neftçalanın başçıları "son zəngi"ni gözləyir... - Belə deyirlər...

Xızı və Neftçalanın başçıları "son zəngi"ni gözləyir... - Belə deyirlər...

Tarix:

30-08-2018, 17:23

/ 1 477 dəfə oxundu.
Xızı və Neftçalanın başçıları  "son zəngi"ni gözləyir... - Belə deyirlər...

Ölkədə hakimiyyətin siyasətinə xələl gətirən icra başçılarının yola salınması prosesi davam etməkdədir.

İqtidar xalqı qıcıqlandıran və problemlərlə baş-başa qoyan rayon icra hakimiyyəti başçılarını istefaya göndərməyi planlaşdırıb.

Xızı və Neftçala rayonlarına yeni təyinatlar gözlənilir. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya daxil olub.

Qeyd edək ki, son zamanlar tənqid hədəfində olan icra hakimi Xəzər Aslanovdur. Yardımlını “fəth” etdikdən sonra Xızıda “fətir” yapan icra başçısının bərbad idarəçiliyi göz qabağındadır.

X.Aslanov faktiki olaraq rayonu başdı-başına buraxıb və kommersiya tərəflərini fikirləşir. Onun vecinə deyil ki, Xızının problemlərinin axırı necə olacaq. Əslində, Xızı Bakıdan cəmi 100 kilometr aralıda yerləşir. Amma yüzlərlə problemlə baş-başa qoyulub.

Hətta ucqar Lerik və ya Daşkəsəndə bu problemlərə rast gəlmək olmaz. X.Aslanovun rəzil idarəçiliyi nəticəsində və yarıtmaz müavinlərinin tamahkarlığı sayəsində rayon geridə qalıb.

17 min əhalisi olan Xızı rayonunda aptek, yanacaqdoldurma məntəqəsi və bazar olmaması haqda bu günlərdə məlumat yayıldı. Əhali bu cür problemlərdən ciddi əziyyət çəkir. Amma təkcə bu problemlərlə iş bitmir. Məsələn, su problemini qeyd etmək olar.

Sakinlər bildirirlər ki, Altıağacda torpağın sotu 8-10 min manatdır. Başqa yerlərdə isə torpağın sotu 1500-3000 manat arası dəyişir.

Rayon rəhbəri hektarlarla sahəni satıb, qoruğun ətrafı istirahət mərkəzlərinə çevrilib. Bundan əlavə, məcburi köçkünlərə tikilən başqalarına satıblar. Bu işin arxasında icra başçısı dayanır.

Neftçalanın icra başçısı İsmayıl Vəliyev də iqtidarın qara siyahısındadır.

Xızının icra başcısı Xəzər Aslanovun qardaşı, Neftçalanın icra başcısı İsmayıl Vəliyevin qaynı Rövşən Aslanovun dələduzluqda ittiham olunması hər iki məmurun reputasiyasını birdəfəlik edib.

Daxil olan məlumatlardan aydın olur ki, artıq hər iki icra başçısı yola salınır: "Sadəcə olaraq sanılı günlər... bəlkə də saatlar qalıb..."

Qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ