SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » ''Prezidentin İsmayıllı səfəri zamanı icra başçısının yalanı ifşa oldu''...FOTO/VİDEO

''Prezidentin İsmayıllı səfəri zamanı icra başçısının yalanı ifşa oldu''...FOTO/VİDEO

Tarix:

30-08-2018, 10:22

/ 2 166 dəfə oxundu.
''Prezidentin İsmayıllı səfəri zamanı icra başçısının yalanı ifşa oldu''...FOTO/VİDEO

Prezidentin 2013-cü ildə etimad göstərdiyi Mirdaməd Sadıqov son iki ildə ümidləri doğrultmadı. İsmayıllı sakinlərinin iqtisadi bilikləri yüksək səviyyədə olan icra hakimiyyəti başçısından gözləntiləri çox böyük idi. Ən azından, iki il qabaq Ələkbərovların özbaşınalıqlarından cana doymuş camaat bu klanla vidalaşandan sonra müsbət irəliləyişlər olacağını güman edirdilər. İlk vaxtlarda M.Sadıqov da reformlar etmək, sakinlərin şikayətlərini dinləmək, kəndlərdə əhali ilə görüşlər keçirmək kursunu seçmişdi. Amma icra başçısı ilə əhalinin təmas imkanları mövsümi xarakter daşıyırmış. DogruXeber.az daxil olan xəbərlərə görə M.Sadıqovun kadr siyasətinin kobud səhvləri nəticəsində rayon əhalisi yenə də narazı salınır.

İqtisadi biliklərindən peşəkar səviyyədə istifadə edən icra başçısı məhz bu bacarığı sayəsində qeyri-rəsmi gəlirləri, maxinasiyaları və büdcə xərclərindəki qeyri-şəffaflıqları gizlədə, ört-basdır edə bilir. Amma ətrafındakı qeyri-peşəkar komanda ənənəvi üsullarla maliyyə maxinasiyalarını həyata keçirirlər. Əldə etdiyimiz məlumatlarda xüsusi olaraq vurğulanır ki, M.Sadıqovun müavinləri yerli camaatla təmasda, onları problemlərini dinləməkdə Ələkbərovlar dönəmini xatırladırlar. İcra başçısı M.Sadıqovun kənd camahatına verdiyi zülüm nə ərşə çəkilər nə kitaba yazılası dərd deyil,Bilistan kənd sakinlərinin etirazına səbəb olan isə illərdi yol problemidir.Kənd sakinlərinin dediyinə görə icra başçısı bizi qəbul etmir hərdəfə müxtəlif bəhanələr gətirir.

Sakinlər öz dərdlərini deməyə İsmayıllı rayonunda bir idarə tapmır! Biz öz qızlarımızı yol dərdindən oxuda bilmirik, yol uzaq bundan başqa xəstəsi qocası var.Biz altı üstü neft səltənəti olan ölkəmizdə nəyə görə bunlara məhkum qalaq.Axı bu hansı vicdana sığar,biz beş ildir icra başçısını tanmırıq! Icra başçısı rayonda ayrı-seçkilik salır biz ləzgiləri insan yerinə qoymur.Bu birbaşa Cənab Prezident İlham Əliyevin siyasi kursuna zidd amildir.Ölkədə multikulturalizim ili elan edilib amma, bunun M.Sadıqova adiyatı yoxdur. Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunda "Buta Qrup" MMC tərəfindən yaradılan aqroparkın və Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolunun açılışında iştirak edib.İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonda görülən abadlıq işləri, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verdib.

İcra başçısı Prezident İlham Əliyevə necə yalan danışdı!.. Əvvala qeyd edək ki,bütün bunlar gözdən pərdə asmaqdan başqa bir məqsəd daşımır,icra başçısı öz çirkli əməllərini davam etməkdən ötəri min don geyinmiş aktyor rolunu oynayırdı! Prezidentin gəlişi zamanı yuxarıda qeyd etdiyimiz avtomobil yolu Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolunun açlışı olsa da əslinə əvvəlçədən Bilistan kəndinə də çəkilməli olan yol hansı maraqlar səbəbindən həmin siyahıdan çıxarılması bir başa Cənab Prezidenti məqsəd aldatmaqdan başqa bir səbəb olmayıb. Bilistan kənd camahatının saytımıza göndərdiyi video reportajdan hiss olunur ki, icra başçısı məqsədli şəkildə həmin kəndin avtomomobil yoluna ayrılmış olan vəsaiti hansısa məqsədlər üçün sərf edilib.

Qeyd edək ki, icra başçısı Ölkə Başçısına məlumat verib ki, bəs deməsənmi həmin yolun uzunluğu 9 kilometr, hərəkət hissəsinin eni isə 6 metr olan yol dördüncü texniki dərəcəyə aiddir.İki hərəkət zolaqlı yola asfalt-beton örtüyü çəkilib. Yol üzərində suötürücü borular, siqnal dirəkləri, yol nişanı və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib.Lakin, bütün bunlar yalandır yol 6.3 kilometrdə bitib. Rəsmi sənədlərdə isə 2 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,4 milyon (beş milyon dörd yüz min) manatı ayrılıb. Sakinlər isə ümüdlərini üzmür Prezidentimizə inanırıq ümüdlüyük ki, bəlkəm bizim səsimizə səs verə. Mirdamaməd Sadıqov kimi icra başçıları bizi dövlətimizdən narazı salır, rayonda əhalini ikinci İsmayıllı hadisələrinə səsləyir.

Bundan öncədə icra başçısının medyada böyük korrupsiyaya əməlləri dəfələrlə dərc olunub.Buna fakt kimi ''Uşaq Əyləncə Mərkəzində'' istifadə olunmuş tikinti materialları sənədlərinin bir birinə uygun gəlməməsi. Parkdakı hovuzların içinə mərmər daşdan örtü çəkildiyi sənədlərdə qeyd olunsa da, əslində, orada «linenium» adlanan plastik örtükdən istifadə edilməsi kimi!.. Bunun üçün külli miqdarda vəsait silmişdi və həmin vəsaitlərin miqdarının böyük rəqəmlərlə ölçüldüyü deyilirdi.

Araşdırmamız davam edir...

DogruXeber.az

''Prezidentin İsmayıllı səfəri zamanı icra başçısının yalanı ifşa oldu''...FOTO/VİDEO
''Prezidentin İsmayıllı səfəri zamanı icra başçısının yalanı ifşa oldu''...FOTO/VİDEO

Şərhlər

XƏBƏR LENTİ