Əhəd Abıyev Mingəçevirə başçı gedir - İDDİA
- 29-08-2018, 12:05
- 2 075
Bununla bağlı daxil olan informasiyada qeyd olunur ki, hazırda həmin vəzifəyə bir neçə iddialı olsa da, onların arasında ən şanslısı hazırda Daşkəsən rayonuna rəhbərlik edən, keçmiş deputat Əhəd Abıyevdir. Xatırladaq ki, Əhəd Abıyevin adı dəfələrlə yeni təyinatla bağlı hallansa da, təsdiqini tapmayıb.
Bunu qeyd edən mənbə iddia edir ki, bu dəfə Əhəd Abıyev bütün potensialını işə salıb. Mənbənin söylədikləri: "Məlumdur ki, Əhəd Abıyevi də himayə edən qüvvələr var və həmin dairələr Daşkəsənin icra başçısının Mingəçevirə transferinə nail olmağa çalışırlar". //Dia.az//