Azərbaycanda bu da oldu: Dağı özəlləşdirdiyini deyib turistdən pul istədi – QƏRİBƏ OLAY- FOTOLAR
Qubaya istirahətə gedən turistlər qəribə hadisə ilə rastlaşıb. Quba sakini Qəçrəş kimi tanınan ərazidə dağın yamacına qalxmaq istəyən bir qrup ərəb turisti ora buraxmayıb.
Bu barədə məlumatı Cebhe.info-ya səfəri təşkil edən turizm şirkətinin nümayəndəsi verib.
Belə ki, özünü təqdim etməyən gənc oğlan ailələri ilə yamaca qalxmaq istəyən ərəb turistlərə yaxınlaşaraq girişə görə 1 manat ödəniş tələb edib.
Bundan əsəbləşən turistin yanındakı turizm şirkətinin nümayəndəsi ilə "yamac sahibi" arasında mübahisə yaranıb:
"Mən dedim ki, dağ millətindir, dövlətindir, şəxsi əmlak deyil, buna görə niyə ödəniş etməliyik? O isə dedi ki, buranı özəlləşdirmişəm. Güya sənədləri də var. Tələb etdim, amma sənədləri gətirmədi. Sadəcə yanımdakı turistlər mübahisə böyüməsin deyə yamaca qalxmaq fikirindən daşındılar. Biabırçılıqdır. Bu cür edirlər ki, turistlər də daha gəlmək istəmir".


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək