Sabirabadın başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…
Göyçayda mağaza müdiri, YAP-ın Göyçay Təşkilatının təlimatçısı Laçın İsmayılov 17 yaşlı keçmiş satıcısı Səid Mahmudlunu 20 manat kassa əskikliyinə görə başının dəstəsilə 2 dəfə evindən çıxararaq şəxsi avtomobili ilə şəhər kənarında olan Şirvan kanalının yanına aparıb. AzEuroNews.com xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Taleh Xasməmmədov yazıb. Onun sözlərinə görə, orada Səidə qarşı hədə-qorxu, təhqir və s. qeyri insani hərəkətlər edilib. Məlum olub ki, quldurluğa meyl edən bu YAP-çı Sabirabadın icra başçısı Nazim İsmayılovun qardaşı oğludur. Odur ki, arxayınçılıqdan qanun-filan tanımır. Hüquq müdafiəçisi qeyd edib: “Düşünürəm ki, 2 dəfə adam oğurluğu və hədə-qorxu ilə tələb etməyə görə öz kimliyini və niyyətini nümayiş etdirən Laçın İsmayılova layiqli yerini hüquq-mühafizə orqanları göstərməlidir”.
AzEuroNews.com

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...